SON XƏBƏRLƏR

Azərşəhr Vətəndaşlıq Qeydiyyatı İdarəsi türkcə "Anlar" adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edib

2025.08.22, 14:02
Azərşəhr Vətəndaşlıq Qeydiyyatı İdarəsi türkcə "Anlar" adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edib

Azərşəhr Vətəndaşlıq Qeydiyyatı İdarəsi türkcə "Anlar" adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Gunaz.tv

Tehranın razılığına baxmayaraq, Şərqi Azərbaycanın Tufarqan (Azərşəhr) vətəndaşlıq qeydiyyatı rəsmiləri “Anlar” adına doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

33 gün davam edən süründürməçilikdən sonra valideynlər öz uşaqlarına tanışlıq hesabına bu adla doğum haqqında şəhadətnamə ala biliblər.

Bu barədə uşağın atası Hadi Hadifər Balamın Adı kampaniyasına danışıb.

"Qızımız 2025-cü il iyulun 19-da dünyaya gəlib və biz ona türkcə "anlayan və xəbərdar olan insan" mənasını verən "Anlar" adını seçdik, Tufarqan vətəndaş qeydiyyatı rəsmiləri bildiriblər ki, bu ad “Ad Sistemi”ndə olmadığı üçün onu seçə bilmərik. Bu adın türkcədə yaxşı mənaları olduğunu, nə təhqiredici, nə də İslam dəyərlərinə zidd olmadığını söyləsək də onlar bizə fikir vermədilər. Bu də məhkəməyə şikayət etdik. Elektrik enerjisinin kəsilməsi və ofislərin bağlanması səbəbindən məhkəmənin vaxtı təyin edilmədi, lakin sonradan bizə elektron sistem vasitəsilə “ad seçiminiz təsdiqləndi” və onu qeydiyyatdan keçirmək üçün ən yaxın Vətəndaşlıq Qeydiyyatı Şöbəsinə müraciət edə biləcəyimiz barədə mesajı aldıq. Bununla belə, Tufarqandakı Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları bizə dedilər ki, körpənin doğulmasından 15 gündən çox vaxt keçdiyi üçün doğum haqqında şəhadətnamənin verilməsi yalnız məhkəmə qərarı ilə mümkündür. Ancaq biz sonradan, bir tanış vasitəsilə Anlar adına oğum haqqında şəhadətnamə ala bildik." - deyə uşağın atası bildirib.

Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar