SON XƏBƏRLƏR

Ruslar Krım tatarlarının soyqırımına haqq qazandırır

2021.10.20, 07:36
Ruslar Krım tatarlarının soyqırımına haqq qazandırır

Gunaz.tv
Mustafa Cəmil: "NATO-ya üzv olmasa Ukrayna da Gürcüstan kimi Rusiyanın qarşısında müdafiəsiz qalacaq" "Krım torpaqları Krım tatrlarına qaytarılmalı, tatarlarla bağlı bütün toponimlər bərpa olunmalıdır. Ola bilsin ki, "İvanovka" sözü kiminsə xoşuna gəlir, ancaq bu tatarlar üçün qəbulolunmazdır". Bu sözlər Krım tatarlarının lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilə məxsusdur. Mustafa bəy Krım küçələrinə rus adları verilməsini əxlaqsızlıq kimi qiymətləndirir. Onun qənaətinə görə, əgər Ukrayna NATO-ya üzv olmasa və Qara dəniz donanması Krımda qalsa o zaman Gürcüstan kimi Ukrayna da Rusiyanın qarşısında müdafiəsiz qalacaq... Azər - Krım tatarlarına Ukrayna dövlətinin dəstəyi nə qədərdir? - Ukrayna dövləti Krım tatarlarına qarşı həyata keçirilən cinayəti rəsmən tanıyır. Deportasiya olunanların sosial problemlərinin həlli üçün mütəmadi proqramlar həyata keçirir. Ancaq gərəkli olanların yanında bütün bunlar olduqca kiçikmiqyaslı addımlardır. Bununla yanaşı, Ukrayna dövləti tamamilə obyektiv səbəblərdən çıxış edərək bildirir ki, hər şeyi olduğu kimi geriyə qaytarmaq mümkün deyil. Məsələn, mənim evimdə artıq bir neçə on ildir ki, ruslar məskunlaşıblar və onları buna görə günahlandırmaq olmaz. Çünki bu şəxsləri Krım torpağına köçürüblər. Dövlətin isə həmin şəxsləri bu evdən çıxarmaq və onları yeni mənzillə təmin etmək imkanı yoxdur. Dövlət deyir ki, biz sizin sosial problemlərini yalnız imkan daxilində həll edə bilərik. Əlbətdə, Krım tatarlarının torpaq və mənzillə təmin edilməsi problemini daha öncə həll etmək mümkün idi. Əgər deportasiya zamanı bizdən alınan və sayı 87 mindən çox olan ev və mənzillər geriyə qaytarılsaydı, o zaman bu barədə müzakirə açmağa da ehtiyac qalmazdı. Ancaq bizə deyiləndə ki, sizin olanların geriyə qaytarılması başqalarının hüquqlarını pozacaq, bax bunu anlamaq olmur. Bizə "milli mənsubiyyət əhəmiyyət kəsb eləmir, hamı bərabərdir" demək lazım deyil. Belə yanaşma sadəcə demoqoqiyadır. Bizi milli mənsubiyyətimizə görə deportasiya ediblər və milli mənsubiyyətimizə görə də hüquqlarımız bərpa olunmalıdır. - Siz nəinki əmlakınızın, hətta yaşayış məntəqələrinin keçmiş adlarının qaytarılmasını da tələb edirsiniz... - Krım tatarlarının əsas tələblərindən biri də tarixi toponimlərin bərpa olunmasıdır. Yüzillərlə yaşayış məntəqələri başqa ad daşıyıblar. Deportasiyadan sonra isə bir fərmanla Krım tatarlarına aid olan bütün toponimlər dəyişdirilib. Toponimlərin bərpasını tələb edəndə bizə referendum keçirilməsini təklif edirlər. Məhz deportasiyanın nəticəsində hazırda bütün yaşayış məntəqələrində rusdilli əhali üstünlük təşkil edir. Rusiyadan Krıma köçürülənlər üçün "İvanovka" sözü daha doğmadır. Çünki onları İvanov vilayətindən köçürüblər və bu ad onlara tarixi vətənlərini xatırladır. Ancaq bu məsələyə xalqın hüquqlarının bərpası müstəvisindən yanaşmaq lazımdır. Nə olsun ki, "İvanovka" sözü kiminsə xoşuna gəlir? Axı həmin şəxslər bu torpaqlarda məskunlaşdırılanda yaşayış məntəqələrinin adı fərqli idi. Baxın, ABŞ-da hindularda qanlı müharibələrin aparılmasına baxmayaraq, toponim məsələsində düşkünlüyə yol verilməyib. Bu günə qədər "Yokşir", "Delaver" və s. bu kimi hindu toponimləri qalmaqdadır. Sivil xalqlar tarixə, digər xalqların mədəniyyətinə hörmətlə yanaşırlar. - Sizə bu problemlərin həllində xaricdən dəstək verilirmi? - Bütün Avropa strukturları, Avropa Şurasının Baş Assambleyası, hüquq-müdafiə təşkilatları Krım tatarlarına münasibətin ürəkaçan olmadığını başa düşürlər. Avropa Şurası Parlament Assambleyası 2000-ci ildə Ukrayna hökumətinə Krım tatarlarıyla bağlı tövsiyyələrin yer aldığı qətnamə qəbul edib. Ancaq Ukrayna hökuməti hələ də bu tövsiyyələri yerinə yetirməyib. Amerikada yaşayan və əslən Krım tatarı olan Fikrət Yurtər yarımadada Krım tatar muxtariyyətinin yaradılmasına yardım məqsədilə Barak Obamaya müraciət edib... - Söhbət bizim indiki muxtariyyətimizi Krım-tatar müxtariyyəti kimi adlandırılmasından getmir. Necə adlandırılmasından asılı olmayaraq, muxtariyyət anlayışı burada yaşayan yerli xalqın hüquqlarını qoruyan müvafiq müddəaları, prinsipləri əks etdirməlidir. İlk növbədə aborigen xalqın - Krım tatarlarının dilinin tətbiqinə olan münasibət dəyişməlimdir. - Ukraynanın NATO-ya üzvlüyünə münasibətiniz necədir? - Biz avratlantik inteqrasiyanın tərəfdarıyıq. Mən bunu Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün önəmli sayıram. Əgər Gürcüstan NATO üzvü olsaydı, o zaman Rusiyanın bu ölkəyə hərbi müdaxilə etməyə cəsarəti çatmazdı. Bəhanəyə bax, guya Rusiya pasportu daşıyan vətəndaşları qoruyurlar... Hazırda Krımda da Rusiya pasportu daşıyan onminlərlə insan yaşayır. Kim zəmanət verə bilər ki, oxşar provakasiya sabah Ukraynada təkrar olunmayacaq. Digər tərəfdən, Qara dəniz donanması Krım ərazisindən Gürcüstanı bombalamaq istəyirdi. Müharibə dövrünün qanunlarına görə, Gürcüstan cavab zərbəsi endirmək səlahiyyətinə malik idi. Yəni, biz heç bir əsas olmadan öz müttəfiqimizlə müharibəyə cəlb edilə bilərdik. Hərbi əməliyyatlardan dərhal sonra mən Qara dəniz donanmasının ölkə ərazisindən çıxarılması tələbilə çıxış etdim. Donanmanın Krımdan çıxarılmasının çətinliyi barədə deyilənlər isə sadəcə bəhanədir. Əgər biz müharibəyə cəlb olunsaq, müqayisədə bu "çətinliklər" uşaq əyləncəsini xatırladacaq. - Öncə biz bu muxtariyyətin tamamilə əleyhinə çıxış edirdik. Ona görə ki, 1991-ci ildə muxtariyyət Kremlin layihəsi kimi yaradılmışdı. Krım muxtariyyəti haqqında referendumun nəticəsinə əsasən Krıma öz müstəqilliyini elan etmək, yaxud Rusiyaya birləşmək hüququ verilirdi. O zaman referendumun qanunsuz olduğunu bildirdik. Çünki yerli əhalinin böyük əksəriyyəti öz torpaqlarına qaytarılmamışdı və bu səbəbdən refenendumun nəticələri reallığı əks etdirə bilməzdi. Muxtariyyət rəhbərliyinin necə adlandırılacağı isə önəmli deyil. Bu istər prezident olsun, istər Ali Rada sədri, yaxud baş nazir. Əsas idarəedici quruma verilən səlahiyyətlərdir. Mən lazım gəldiyindən daha artıq sərbəstliyin əleyhinəyəm. Çünki bu Ukraynanın ərazi bütövlüyünə təhlükə yarada bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar