SON XƏBƏRLƏR

İndoneziyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb (YENİLƏNİB)

2021.10.20, 07:36
İndoneziyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb (YENİLƏNİB)

Gunaz.tv
Məlumatı İndoneziya Hərbi Hava Qüvvələri yayıb İndoneziyada hərbi təyyarənin Yava adasının şərqində qəzaya uğraması nəticəsində ölənlərin sayı artaraq, 97 nəfərə çatıb. Bu barədə məlumatı İndoneziya Hərbi Hava Qüvvələri yayıb. Qeyd edək ki, daha öncə içərisində 99 nəfər sərnişin və 11 heyət üzvi olan təyyarədə 68 nəfərin öldüyü bildirilirdi. Qəzanın səbəblərini araşdırmaq üçün İndoneziya Hərbi Hava Qüvvələri xüsusi komissiya yaradıb. İndoneziyalı hərbiçilərin sözlərinə görə, C-130 tipli təyyarə Hercules təlim uçuşu nəticəsində, hərbi hava limanından 5-7 km aralıda qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarə yanıb. İndoneziyaya məxsus təyyarə qəzaya uğrayıb, 68 nəfər ölüb/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar