SON XƏBƏRLƏR

Mixail Saakaşvili bu gün Azərbaycana gəlir

2021.10.20, 07:36
Mixail Saakaşvili bu gün Azərbaycana gəlir

Gunaz.tv
Gürcüstan XİN: “Səfərdə məqsəd ikitərəfli əlaqələrin dərinləşdirilməsi və müxtəlif sahələri əhatə edən məsələlərin müzakirəsidir” Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Azərbaycana rəsmi səfərə gəlir. ANS PRESS xəbər verir ki, məlumatı “Novosti-Qruziya” agentliyi Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat və informasiya deparatmentinə istinadən yayıb. İkigünlük səfər çərçivəsində Mixail Saakaşvili Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisi sədri Oqtay Əsədovla görüşəcək. Gürcüstan XİN-dən bildirilib ki, səfərdə məqsəd ikitərəfli əlaqələrin dərinləşdirilməsi və müxtəlif sahələri əhatə edən məsələlərin müzakirəsidir. Gürcüstan nümyəndə heyətinin tərkibinə xarici işlər naziri Qriqol Vaşadze, iqtisadi inkişaf naziri Laşa Jvaniya, energetika naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər daxildir. Səfər zamanı 3 sənədin imzalanması gözlənilir . “İnterfaks-Azərbaycan” agentliyinin yaydığı məlumata görə, sənədlərin biri 1996-cı ildə imzalanmış “Azad ticarət haqqında”, digəri isə “Hava əlaqəsi haqqında" hökumətlərarası sazişlərə düzəlişləri nəzərdə tutur. İmzalanadaq üçüncü sənədə isə intellektual mülkiyyətin qorunması ilə bağlı müqavilədir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar