SON XƏBƏRLƏR

Dünyada “donuz qripi”nə yoluxanların sayı bir sutkada 1000 nəfərədək artıb

2021.10.20, 07:36
Dünyada “donuz qripi”nə yoluxanların sayı bir sutkada 1000 nəfərədək artıb

Gunaz.tv
Ümumdünya Səhiyyə Təşkilatı: “40 ölkədə H1N1 virusuna 9830 nəfər yoluxub və onlardan 79-u ölüb” Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 19-da “A” qripinə yoluxanların sayının 40 ölkədə 9830 nəfərə çatdığını bildirib. Onlardan 79-u öldümlə nəticələnib. Mayın 18-də 8829 yoluxma və 74 ölüm faktı təsdiqlənmişdi. ÜST rəhbəri Marqaret Çen bildirib ki, Şimali Amerikada xəstəliyə yoluxma halları daha az qorxu yaratmağa başlasa da, bu, H1N1 virusunun yayılma təhlükəsinin geridə qaldığını söyləməyə əsas vermir. Təşkilatın eksperğləri özündə əzinlik, naxoşluq hiss edən insanlara digər ölkələrə səfərləri təxirə salmağı və qripin simptomları yarandıqda həkimə müraciət etməyi məsləhət görürlər. Bununla belə, ÜST bir laha bəyan edib ki, hərəkətin məhdudlaşdırılması və ya sərhədlərin bağlanması tövsiyyə olunmur. Xatırladaq ki, aprelin 29-da ÜST “A” qripi pandemiya təhlükəsinin səviyyəsini altıballıq şakala üzrə 4 baldan 5 baladək artırıb. Təşkilatın baş katibinin köməkçisi Keci Fukuda bir müddət əvvəl bəyan etmişdi ki, pandemiya şəraitində planet əhalisinin üçdən biri “donuz qripi”nə yoluxa bilər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar