SON XƏBƏRLƏR

İRANIN TERRORÇULARA YARDIMI HAQDA OPERATİV MƏLUMATLAR VAR

2021.10.20, 07:36
İRANIN TERRORÇULARA YARDIMI HAQDA OPERATİV MƏLUMATLAR VAR

Gunaz.tv
Bunu Pentaqonun mətbuat katibi bildirib Amerika Birləşmiş Ştatların müdafiə nazirliyinin mətbuat katibi Cef Morrel keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi Tehran İraqda fəaliyyət göstərən silahlı qruplaşmaları maliyyələşdirir. Onun sözlərinə görə İranın terrorçulara yardım göstərməsi haqda operativ məlumatlar var. O, həmçinin İranın ali dini lideri Seyid Əli Xomneyinin Birləşmiş Ştatların İslam ölkəsində siyasi sistemi ləğv etməyə çalışması bəyanatına da münasibətini bildirib. Amerika rəsmisinin fikrincə, Birləşmiş Ştatlar regionda vəziyyətin normallaşmasına dair addımlar atır. Lakin bu addımlara İranda siyasi rejimi ləğv etmək daxil deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar