SON XƏBƏRLƏR

Culfa Vətəndaşlıq idarəsi “Əlihan” adının qeydiyyata alınmasına qarşı çıxır

2025.08.27, 14:26
Culfa Vətəndaşlıq idarəsi “Əlihan” adının qeydiyyata alınmasına qarşı çıxır

Culfa Vətəndaşlıq idarəsinin rəsmiləri türkcə-ərəbcə “Əlihan” adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edərək, 85 gündür ki, onu doğum haqqında şəhadətnaməsiz saxlayırlar.

Gunaz.tv

Bu barədə uşağın atası Balamın Adı kampaniyasına bildirib.

"Oğlumu 2025-ci il iyunun 2-də dünyaya gəlib və biz ona Əlihan adını seçmişik. Ancaq Culfa Əyalət Qeydiyyatı Müdirliyi rəsmiləri bizə bildirdilər ki, bu ad seçim sistemində yoxdur və türkcə-ərəbcə olduğu üçün seçə bilməzsiniz. Ona görə də biz məsələni məhkəmə yolu ilə davam etdirməyə məcbur olduq. Təəssüf ki, üstündən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, məhkəmənin vaxtı hələ təyin olunmayıb, övladımızın daha neçə ay doğum haqqında şəhadətnaməsiz qalacağı məlum deyil." - deyə o bildirib.

Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.

Ekspertlər hesab edir ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etmək və “valideynlərin öz adlarını seçmək hüququnu” tanımaqdır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar