SON XƏBƏRLƏR

ZAHİD ORUC ABŞ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

2021.10.20, 07:36
ZAHİD ORUC ABŞ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

Gunaz.tv
Milli Məclisin üzvü Zahid Oruc Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya müraciət edib. Millət vəkili APA-ya da təqdim etdiyi müraciətində ABŞ prezidentinin qondarma «erməni soyqırımı» günü - aprelin 24-də sələflərindən irəliyə gedən yanaşma nümayiş etdirməsinə etiraz bildirib. Z.Oruc ABŞ prezidentinin sözügedən müraciətinin açıq-aşkar tarixi həqiqətləri dəyişməklə reallıqda erməni xalqının böyük iddialarına siyasi zəmin yaratdığını qeyd edib: «Azərbaycan insanını xəyal qırıqlığına uğradan bu mövqe ən azı 94 il ərzində Rusiyanın beşinci koloniyası kimi bu regionda ermənilərin necə böyük istedadla təcavüzkarlıq, ərazi işğalları və insan qətllərini həyata keçirməsini nəzərə almır. Tarixi hadisələr indiki gerçəklikdə dövlətlərin geosiyasi silahına çevrilmişdisə, onda şübhə yoxdur ki, dünyada hüquqi prinsipləri tanıyan millətlər deyil, böyük siyasətə gərəkli olan xalqlar bütün formasiyalarda istənilən siyasi rejimlər tərəfindən himayə olunacaq. İstər Çar hakimiyyəti dövründə, istərsə də onların ideya düşmənləri olan kommunistlərin zamanında, daha sonra isə müstəqillik illərində Ermənistanın can atdığı ideya və məqsədlər həm də Amerika tərəfindən mükafatlandırılırsa, onda bu regionda daimi sülhün təminatı sual altında qalacaq. Bizi inandırmaq çətindir ki, belə tarixi gerçəklərin dünyada tanıdılması ərazilərin ələ keçirilməsi naminə yox, yalnız ədalətin bərpası üçündür». APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar