SON XƏBƏRLƏR

Ərdoğan siyasətdən gedəcəyi tarixi açıqlayıb

2021.10.20, 07:36
Ərdoğan siyasətdən gedəcəyi tarixi açıqlayıb

Gunaz.tv
Türkiyənin baş naziri 2011-ci ildə parlamentə axırıncı dəfə namizədliyini verəcək Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 19 may "Atatürkü anma, gənclik və idman bayramı" münasibətilə ölkənin 81 vilayəti və Kiprdən gələn tələbələri qəbul edib. Baş nazir çıxışında "Siyasətdə gənc nəslin yolunu açmaq lazımdır",– deyib. Qarşıdakı seçkilərdə əsasən yeniyetmələri millət vəkilliyinə namizəd kimi qeyd etdirəcəyini deyən Ərdoğan, özünün də siyasətdən ayrılacağı tarixi bildirib. Baş nazir AKP-nin (hakim Ədalət və İnkişaf Partiyası) nizamnaməsinə görə bir nəfərin ancaq 3 dəfə dalbadal millət vəkili seçilə biləcəyini deyib və özünün bir müddət sonra siyasətdə olmayacağılnı açıqlayıb: "Bizim partiyanın nizamnaməsinə görə, bir nəfər ancaq üç dəfə dalbadal millət vəkili seçilə bilər. Sonra getmək məcburiyyətindəsiniz. Mənim bundan sonra bir dəfə daha haqqım qalır. Ondan sonra getməliyəm. Daha da irəliyə getmərəm, gedə bilmərəm". Bu açıqlamaya görə, Ərdoğan 2011-ci ilin iyul ayında keçiriləcək parlament seçkilərində axırıncı dəfə namizəd olacaq. Ərdoğan AKP sədrliyinə isə bundan sonra 3 dəfə daha seçilə biləcək. Çünki AKP-nin nizamnaməsinə görə, partiyanın sədri sadəcə 5 dəfə dalbadal bu vəzifəyə seçilə bilər. "Partiyamızın nizamnaməsinə görə, bir nəfər sadəcə 5 dəfə sədr seçilə bilər. Niyə? Arxadan gələnlərin yolunu açmaq üçün",– deyə Türkiyənin baş naziri bildirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar