SON XƏBƏRLƏR

İranda dil faşizmnin yeni oyunu

2025.08.28, 13:35
İranda dil faşizmnin yeni oyunu

İran Təhsil Nazirliyi “İkidilli Uşaqlar üçün Xüsusi Təhsil Paketi”ni təqdim etməklə bir daha göstərdi ki, bu ölkədə qeyri-fars xalqların ana dillərini tanımaq əvəzinə, onları sıxışdırmaq və aradan qaldırmaq siyasəti yürüdür.

Gunaz.tv

Təhsil Nazirliyinin Təhsil Tədqiqatları və Planlaşdırılması Təşkilatının rəhbəri Əli Lətifi ikidilli uşaqlar üçün xüsusi paket hazırlandığını açıqlayıb. O, izah edib ki, bu paket ana dilində tədris üçün nəzərdə tutulmayıb, sadəcə olaraq şagirdləri fars dilinə daha tasan uyğunlaşdırmaq üçün nəzərdə tutulub.

Son illərdə Təhsil Nazirliyi “Fars Dili Yetərlilik Planı” adı altında fars olmayan bir çox uşaqların fars dilini yetərincə bilmədikləri üçün onları “müstəsna uşaqlar” kateqoriyasına aid etmək və onlara fars dilini öyrətmək üçün müxtəlif planlar qurur. Bu siyasət linqvistik və mədəni faşizmin bariz nümunəsidir.

Təhsil ekspertləri və dil haqları fəalları dəfələrlə xəbərdarlıq ediblər ki, bu siyasətlər farsdilli olmayan uşaqların təhsil və psixoloji cəhətdən geri qalmasına səbəb olur və milyonlarla İran vətəndaşına qarşı sosial parçalanmaları və struktur ayrı-seçkiliyi artırır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar