SON XƏBƏRLƏR

Pakistanın dövlət başçısı "Əl-Qaidə" liderini tutduğunu bildirir

2021.10.20, 07:36
Pakistanın dövlət başçısı "Əl-Qaidə" liderini tutduğunu bildirir

Gunaz.tv
Asif Əli Zərdari: "Üsamə ben Ladeni yaxaladıq, amma Corc Buş adminstrasiyası onu azad etdi" "11 sentyabr hücumundan üç ay sonra "Əl-Qaidə" lideri Üsamə ben Ladeni yaxaladıq, amma Corc Buş adminstrasiyası onu azad etdi". ANS PRESS-in "Haberler.com" saytına istinadən verdiyi xəbərə görə, bu iddianı Pakistanın dövlət başçısı Asif Əli Zərdari irəli sürüb. Zərdari mərhum həyat yoldaşı Bənazir Bhuttonun Amerikaya Ladenlə bağlı xəbərdarlıq etdiyini və onlara bəzi suallar istiqamətləndirdiyini deyib. "Mərhum Bənazir Bhutto 1989-cu ildə ABŞ-a Üsamə ben Ladenlə bağlı xəbərdarlıq etdi. Buş və onun adminstrasiyasına bəzi suallar verdi. "Pakistan hökumətini yıxmaq üçün faliyyət göstərirsiniz? 10 milyon dollar yardımı ölkə müxalifətinə bunun üçün verdiniz?" Həyat yoldaşım müsəlman ölkədə seçilən ilk qadın baş nazir idi. Amerikaya bildirirəm ki, bütün bu provokasiyalardan xəbərim var". Zərdari bildirib ki, 2001-ci ilin dekabr ayında Pakistan hərbçiləri Amerikanın təhlükəsizlik qüvvələri ilə birlikdə Əfqanıstanın Tora Bora dağlarında keçirdikləri əməliyyatlarda Üsamə ben Ladeni yaxalayıblar. ABŞ hərbi birlikləri isə daha sonra onu azad edib. Asif Əli Zərdari həmçinin, ABŞ-ın bütün dünyanı Ladenin sağ olduğuna inandırmağa çalışmasına baxmayaraq, "Əl-Qaidə" liderinin sağ olduğuna inanmadığını deyib. Xatırladaq ki, Pakistanın dövlət başıçısı Asif Əli Zədari 2008-ci ilin dekabrında da Taliban silahlılarının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən qurulduğunu iddia etmişdi. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar