SON XƏBƏRLƏR

Ermənistanda daxili vəziyyət gərginləşir

2021.10.20, 07:36
Ermənistanda daxili vəziyyət gərginləşir

Gunaz.tv
Yerevan şəhərinin meri seçkiləri yaxınlaşdıqca Ermənistanda daxili vəziyyət daha da gərginləşir. Müxalifət hakimiyyəti seçkilərdə total saxtakarlığa yol verəcəyi təqdirdə kütləvi mitinqlərlə hədələyir. Ermənistanda qarşıdurmanın ilk qığılcımları artıq görünməyə başlayıb. Siyasi səhnənin aparıcı siması yenə də böyük tərəfdar kütləsinə malik olan eks prezident Levon Ter- Petrosyandır. Yerevanda keçirilən izdihamlı mitinqdə Petrosyan iqtidarın ünvanına sərt ittihamlar səsləndirərək bildirib ki, erməni xalqı demokratiya uğrunda sonadək mübarizə aparacaq və bu dəfə Yerevan meri seçkilərinin nəticələrinin saxtalaşdırılmasına imkan verməyəcək. Eks-prezident mövcud rejimi təcili olaraq istefa verməyə çağırıb. Petrosyanın bu bəyanatları ərzaq məhsullarının bahalaşmasına, işsizliyin sürətlə artmasına və nəticə etibariylə gündən günə sosial durumun daha da ağırlaşmasına etiraz edən kütlənin onun ətrafında sıx birləşməsinə səbəb olur. Bu arqumentə əsaslanan erməni ekspertlərinin fikrincə, mer seçkiləri demokratik şəraitdə keçirilməsə, ölkədə narıncı inqilab baş verə bilər. Ermənilərin ən çox ehtiyyat etdiyi və «Qan partiyası» adlandırdıqları Daşnaksütyun isə bəyan edib ki, bütün qüvvələrini səfərbər edərək hökumətə qarşı siyasi mübarizə aparacaq. Təbii ki, Daşnaksütyun iddialarını təkbaşına gerçəkləşdirə bilməz. Bunun üçün məcburiyyət qarşısında qalaraq, keçmiş düşmən, indiki dost - Petrosyanı açıq olmasa da, gizli şəkildə dəstəkləyəcək. Digər tərəfdən, ölkənin siyasi arenasında güclü dayaqlara malik olan Dağlıq Qarabağ erməniləri də son vaxtlar hökumətin qondarma respublikaya maliyyə dəstəyini azaltmasından ciddi narazıdırlar. 2008-ci il mart ayında Yerevandakı hərbçilərin əmrə itaətsizliyindən sonra, mitinqin dağıdılmasında məhz Dağlıq Qarabağ ermənilərinin köməyindən istifadə edildiyini nəzərə alsaq, onda Ermənistan hakimiyyətinin etiraz aksiyalarını güc yoluyla dağıtmaq imkanından da məhrum olduğu anlaşılır. Bütün bunlar belə deməyə əsas verir ki, yaxın günlərdə Ermənistan iqtidarını və xalqını çətin sınaq gözləyir. Demokratiya carçısı sayılan qərbi də…

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar