SON XƏBƏRLƏR

ƏRDOĞAN “YOL XƏRİTƏSİ”ni ZİBİL QUTUSUNA ATIB?

2021.10.20, 07:36
ƏRDOĞAN “YOL XƏRİTƏSİ”ni ZİBİL QUTUSUNA ATIB?

Gunaz.tv
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin gələcəyi qeyri-müəyyəndir Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan İrəvanda keçirilən təhlükəsizlik konfransında deyib ki, Türkiyə tərəfindən sərhədlərin açılması haqda qərar verməyin vaxtı çatıb. Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyi üçün hazırda iki təhdid var. Bunlardan biri Dağlıq Qarabağ münaqişəsi, digəri isə Türkiyə ilə münasibətlərdir. “Son bir ildə Avropada sonuncu bağlı sərhədlərin açılması və ilkin şərtlər qoyulmadan münasibətlərin normallaşması prosesində önəmli irəliləyişə nail olduq. İndi top Türkiyənin sahəsindədir. Biz Türkiyənin sərhədlərin açılması məsələsində son və həlledici addım atmasını gözləyirik. Bu məsələdə siyasi iradə nümayiş etdirilməli və keçmişin problemləri gələcək nəsillərə ötürülməməlidir”. Nalbəndyan deyib ki, Türkiyə ilə münasibətlərin qurulması prosesində beynəlxalq ictimaiyyət Ermənistana güclü dəstək verir. Bununla belə, Ermənistan xarici işlər naziri Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qarışmasını istəmədiklərini deyib. Xatırladaq ki, Ermənistanla “Yol xəritəsi” anlaşmasının imzalanmasından 3 həftə sonra Türkiyənin baş naziri Bakıya səfər edərək Qarabağ azad edilmədən sərhədlərin açılmayacagi haqda qəti bəyanat verib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanındadır və öz mövqeyini dəyişməyib. Bu bəyanat Ermənistanla əldə edilən “Yol xəritəsi” anlaşmasının qüvvədən düşdüyü haqda qənaət formalaşdırsa da, İrəvanda məsələyə ehtiyatlı münasibət bildirirlər və sərhədlərin açılmasının hələ də aktual olduğunu göstərməyə çalışırlar. Türkiyə mediası Ərdoğanın Bakı bəyanatlarından sonra Ermənistanla danışıqların gələcəyinin necə olacağını araşdırmağa çalışır. “Radikal” qəzeti yazır ki, bu bəyanatlar “Yol xəritəsi”nin zibil qutusuna atıldığını göstərə bilər. Lakin Ərdoğan özü də Bakıdakı çıxışında Ermənistanla nizamlama prosesinin davam etdiyini, danışıqlarda hələ qərar verməyə imkan yaradan mərhələyə çatmağın mümkün olmadığını ifadə edib: “Açkar göründü ki, ”Yol xəritəsi"nin aprelin 24-dən əvvəl açıqlanmasının məqsədi Obamanın “soyqırım” sözünü işlətməsinin qarşısını almaq üçün idi. Lakin bu, Ərdoğanın “Yol xəritəsi”ni zibil yeşiyinə atması mənasını vermir. Belə görünür ki, Ərdoğan bu məsələdə tələm-tələsik addımların atılmasının düzgün olmadığını görüb və prosesi Azərbaycanla koordinasiya olunmuş şəkildə davam etdirmək istəyir". F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar