SON XƏBƏRLƏR

Əhmədinejadın seçki ərəfəsində Əlaçığ olub

2021.10.20, 07:36
Əhmədinejadın seçki ərəfəsində Əlaçığ olub

Gunaz.tv
İran adlanan yerin prezidenti Mahmud Əhmədinejadın nümayəndələri mayın 17-də Tehran Universitetində təhsil alan 3 min tələbə qızın hər birinə hədiyyə olaraq 50 min tümənlik (50 dollar) çek paylamaq istəyiblər. GAİP ın Mediaforum a istinadən yaydığı məlumata görə, bu aksiya tələbələrin kəskin etirazıyla qarşılanıb. Tələbə qızlar dəhlizlərdə və universitetin həyətində toplaşaraq prezident seçkisi ərəfəsində bu addımı “təbliğat xarakterli hərəkət” kimi qiymətləndirdiklərini, universitetə və özlərinə təhqir hesab etdiklərini bildiriblər. Axşam saatlarına qədər davam edən etiraz universitet rəhbərliyinin məsələni araşdıracağı barədə vədindən sonra başa çatıb. gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar