SON XƏBƏRLƏR

Alim Qasımov Avropanı heyran qoydu

2021.10.20, 07:36
Alim Qasımov Avropanı heyran qoydu

Gunaz.tv
Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımov mayın 17-də Vyanada “Konzerthaus” mədəniyyət evində çıxış edib. Avstriyanın nüfuzlu gündəlik “Der Standard” qəzeti və “Ö1” radiostansiyasının media dəstəyi ilə Vyana Festivalı və “Konzerhaus” Cəmiyyətinin 34-cü Beynəlxalq musiqi bayramı çərçivəsində baş tutan möhtəşəm muğam axşamında sənətçini və qızı Fərqanə Mövlamovanı, Rauf İslamov (kamança) və Əli Məmmədov (tar) müşayiət ediblər. Dinləyicilərin böyük zövq aldığı musiqi gecəsində “Bayatı-Şiraz” dəstgahı, xalq və bəstəkar mahnıları ifa edilib. Vyanada fəaliyyət göstərən muğam mərkəzlərindən biri Alim Qasımovla yaxın gələcəkdə Vyanada daha geniş bir proqramla çıxış etmək barədə danışıq aparıb. Qeyd edək ki, Alim Qasımovun qastrol səfəri Fransa, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərində davam edəcək. // AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar