SON XƏBƏRLƏR

Rusiya böhran nəticəsində çətin vəziyyətə düşmüş Ermənistana yardım edəcək

2021.10.20, 07:36
Rusiya böhran nəticəsində çətin vəziyyətə düşmüş Ermənistana yardım edəcək

Gunaz.tv
Bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib "Biz böhran dövründə çətin vəziyyətə düşən və köməyə ehtiyac duyan ölkələrə yardım göstərməkdə davam edəcəyik", "Bununla bərabər xüsusi diqqət bizim yaxın qonşularımıza veriləcək". Bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İtoqi" jurnalına verdiyi müsahibədə deyib. "Biz artıq Belarus, Qırğızıstan və Ermənistana əhəmiyyətli vəsait ayırmışıq. Bu məqsədlər çərçivəsində fəaliyyət göstərməyi planlaşdırırıq və bu istiqamətdə 10 milyard dollar vəsaitə malik olan antiböhran fondu yaradılıb. Fond vəsaitinin 7,5 milyard dolları Rusiyanın payına düşür", -deyə rusiyalı nazir qeyd edib. Onun sözlərinə görə, "böhranın Rusiya, Qərb və Amerika Birləşmiş Ştatları münasibətlərinə təsiri məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, bu, münasibətlərin yaxşılaşmasına, ilk öncə isə Amerika və Qərbin Rusiya ilə münasibətlərini daha konstruktiv mövqeyə gətirməsinə səbəb ola bilər. Bu əməkdaşlıq müsbət gündəliyi və həmçinin qarşılıqlı etibarı, vərdişləri, dialoq mədəniyyətini, qarşılıqlı əməkdaşlığı formalaşdırır". Sergey lavrov hesab edir ki, "burada ziddiyyət mövcud deyil. Əksinə, müdrik düşüncə göstərir ki, böhran zamanı süni olaraq siyasiləşdirilmiş məsələlər arxa plana keçir və xüsusilə əgər söhbət vacib məsələlərdən gedirsə, bütün tərəflər ümumi maraqların mövcudluğunu qəbul edirlər"./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar