SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti İran diplomatını qəbul edib

2021.10.20, 07:36
Azərbaycan Prezidenti İran diplomatını qəbul edib

Gunaz.tv
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhraminin etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən RİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin böyük tarixə malik olduğu qeyd edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin bu əlaqələrin genişlənməsindəki əhəmiyyəti vurğulanıb. Məmmədbaqir Bəhraminin ölkəmizdə fəaliyyəti müddətində Azərbaycan ilə İran arasında münasibətlərin daha da genişlənəcəyinə əminlik ifadə edilib. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar