SON XƏBƏRLƏR

Dörd ayda Qərbi Azərbaycanın yollarında 241 nəfər ölüb

2025.09.04, 12:51
Dörd ayda Qərbi Azərbaycanın yollarında 241 nəfər ölüb

Qərbi Azərbaycan məhkəmə tibbi ekspertizanın baş direktoru Musa Ədibfar bu ilin ilk 4 ayı ərzində əyalətdə baş verən yol qəzalarında 241 nəfərin öldüyünü açıqlayıb.

Gunaz.tv

Ümumilikdə ölən 241 nəfərdən 192-si kişi, 49-u qadındır. Onlardan 49 nəfəri şəhər, 152 nəfəri şəhərətrafı, 19 nəfəri isə kənd yollarında baş vermiş qəzalarda dünyasını dəyişib.

Musa Ədibfarın sözlərinə görə, xəsarət alanların ümumi sayından 3523-ü kişi, 1419-u qadındır.

"69 ölüm halı ilə Urmiya əyalətdə ən çox ölüm sayına malikdir və Xoy şəhəri 33 ölüm halı ilə ikinci yerdədir." - deyə Ədibfar bildirib.

Güney Azərbaycan yollarının təhlükəsizlik əmsalının aşağı olması, eləcə də İranda istehsal olunan avtomobillərin standartdan kənar olması Azərbaycanda qəzaların artmasının əsas səbəbidir. Bir müddət əvvəl Qərbi Azərbaycanın Yol Təsərrüfatı və Avtomobil Nəqliyyatının Baş direktoru Əbdülhüseyn Əli Əkbəri bu vilayətin yollarının acınacaqlı vəziyyəti ilə bağlı demişdi: “Qərbi Azərbaycan ölkədə yeganə vilayətdir ki, bir kilometr belə magistral yol yoxdur”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar