SON XƏBƏRLƏR

Aysel və Araşın 2 min səsi hesablanmayıb

2021.10.20, 07:36
Aysel və Araşın 2 min səsi hesablanmayıb

Gunaz.tv
Aysel və Aatası Məhəmməd Teymurzadə Moskvada keçirilən “Eurovision 2009” beynəlxalq mahnı müsabiqəsində III yerə çıxan Aysel və Araş cütlüyünün 2 mindən artıq səsi hesaba alınmayıb. RİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Ayselin atası Məhəmməd Teymurzadə bildirib. Onun sözlərinə görə, bununla bağlı Azərbaycan tərəfi Rusiyanın aidiyyatı orqanlarını məhkəməyə verməyə hazırlaşır. “Zərdab rayonundan olan 2 min nəfərdən artıq soydaşımızın kompakt yaşadığı Novosibirski əyalətindən Aysel Teymurzadəyə səs göndərilib. Amma, onların biri də qeydə alınmayıb. Həmin səslər qeydə alınsaydı, Aysel v Araş ən azından II yeri tutacaqdı”, - deyə Teymurzadə bildirib. O qeyd edib ki, məhkəməyə göndəriləcək iş üzrə araşdırma aparılır və Rusiya tərəfi qeydə alınmayan həmin səslərin əvəzini müəyyən vəsaitə ilə ödəmək istəyir. “Mənim bütün bunlardan xəbərim yox idi, mənə bu xəbəri ötən gün Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev çatdırıb. Ayselə səs göndərən və səsləri qeydə alınmayan soydaşlarımız da məhz Zərdab rayonundandırlar”, - Teymurzadə vurğulayıb. M.Teymurzadənin sözlərinə görə, səsləri qeydə alınmayan soydaşlarımız 200-dən artıq çeki yerli məhkəməyə təqdim ediblər. “Rusiya tərəfi faktı ort-basdır etmək üçün Azərbaycan tərəfinə pul təklif edir”, - deyə Teymurzadə əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar