SON XƏBƏRLƏR

İrana qarşı sanksiyalar artırılacaq

2021.10.20, 07:36
İrana qarşı sanksiyalar artırılacaq

Gunaz.tv
Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı fikir ayrılığının olmasına baxmayaraq Birləşmiş Ştatlarla İsrail İran məsələsində eyni mövqedən çıxış edib. Benyamin Netanyahunu İslam ölkələri ilə münasibətləri normalaşdırmağa çağıran Barak Obama bu siyasətlə Vaşinqtonun müsəlmanlar arasında itrilmiş nüfuzunu bərpa etmək istəyir. Həmçinin o, ərəb ölkələrini İranın yürütdüyü siyasətə qarşı birgə cəbhədə birləşməyə çağırır. Rəsmi Tehranın nüvə silahı əldə etmək istəyindən narahat olan İsrail tərəfi bu istiqamətdə Vaşinqtonun dəstəyinə arxalanır. Rəsmi Təl-Əviv nüvə probleminin diplomatik yolla həll olunmayacağı təqdirdə, hərbi gücə əl atacağını istisna etmir. Ağ Ev rəhbəri isə İrana qarşı təzyiqlərin saxlanılmadığını və nüvə proqramının davam edəcəyi halda yeni sanksiyanın tətbiq olunacağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar