SON XƏBƏRLƏR

Laçın dəhlizi»ndə lövhə: «Müstəqil Artsax Sizi salamlayır!»

2021.10.20, 07:36
Laçın dəhlizi»ndə lövhə: «Müstəqil Artsax Sizi salamlayır!»

Gunaz.tv
Vəfa Quluzadə: «Bütün Laçın dəhliz kimi ermənilərə verilir» «Laçın dəhlizi»ndə lövhə: «Müstəqil Artsax Sizi salamlayır!» İlqar Rəsul «Bütün günü televizorda deyirlər ki, Qarabağ bizimdir. Amma fakt odur ki, indi bizimki elə bu Şəhidlər Xiyabanıdır». Mayın 18-i Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 17-ci ili qeyd olundu. Yenə Şəhidlər Xiyabanı, yenə köhnə xatirələr. Yığışdılar, xatırladılar, şəkil çəkdirdilər, getdilər. Əslində, təkcə Laçının işğalı günündə belə olmur. Bütün rayonların süqutu günü Şəhidlər Xiyabanında təxminən eyni mənzərə müşahidə olunur. Amma Laçının bir özəlliyi var ki, onun adı siyasətdə - daha doğrusu, Qarabağ danışıqlarında həm də «dəhliz» kimi hallanır. Bu barədə söhbət etdiyimiz laçınlıları narahat edən məsələlərdən biri də məhz bu məqamdır. Deyirlər «dəhliz» elə Laçın rayonunun özü deməkdir: - O dəhliz deyil, Ermənistanla Qarabağı birləşdirən böyük bir mahaldır. - Dəhliz evin içi, qapının ağzı deməkdir. Onu başqasına necə vermək olar. - Bu gün gedən danışıqlar prosesində müzakirə mövzusu dəhliz də, eyvan da, hələ desən Şəhidlər Xiyabanı da ola bilər. Politoloq Vəfa Quluzadə isə deyir ki, Azərbaycan həqiqətən də bu məsələdə böyük güzəştə gedir. Yəni bütün Laçını dəhliz kimi ermənilərə verir. Ancaq Ermənistan heç bununla da kifayətlənmək istəmir. O ki, qaldı laçınlıların aqibətinə: «Azərbaycan bütün Laçını dəhliz kimi verir ermənilərə. Laçınlılar da əsas yoldan kənarda - dağda, təpədə deyirlər yerləşəcək. Ora da heç kim getməyəcək. Yəni faktiki surətdə Ermənistan Dağlıq Qarabağla Laçını almağa razı olmur. İndi görün vəziyyət nə yerdədir». Politoloq Zəfər Quliyev isə hesab edir ki, hələlik bu məsələdə vəziyyət müəmmalı qaldığı üçün konkret bir şey demək çətindir. Düzdür, Azərbaycan tərəfi son vaxtlar dəhliz məsələsini də Ermənistanla müzakirə etməyə hazır olduğunu bildirib. Ancaq dəhlizin təmin edilməsində texniki aspektlər, təhlükəsizlik məsələləri, onun müzakirəsinin problemin həllinin hansı mərhələsinə aid edilməsi və sair detallar hələ ki, məlum deyil. Çünki danışıqlarda vəziyyət qeyri- müəyyən olaraq qalır: «Dəhliz məsələsinin nə vaxt aktuallaşacağını indidən demək çox çətindir. Çünki problemin həlli mərhələlərlə həyata keçirilməlidir». Z.Quliyevin fikrincə, Praqa sammiti göstərdi ki, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe tutub. Prezidentlərin son görüşündə də irəliləyiş olmadı. Ona görə də tərəflərin Sankt-Peterburq görüşündə bu məsələlər yenidən müzakirə olunmalıdır. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal edib. Bununla da faktiki olaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi prosesi başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar