SON XƏBƏRLƏR

Türkiyə Azərbaycandan aldığı qazın həcmini artıracaq

2021.10.20, 07:36
Türkiyə Azərbaycandan aldığı qazın həcmini artıracaq

Gunaz.tv
"Türkiyə Azərbaycandan aldığı qazın həcmini səkkiz milyard kubmetrə qədər artırmaq niyyətindədir". RİA-nın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan bildirib ki, iki ölkə arasındakı razılaşmaya əsasən Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından ildə 6,6 milyard kubmetr qaz almalıdır. Ötən il bu rəqəm dörd milyard kubmetri ötüb. Bu il Türkiyə Azərbaycandan 6,7 milyard kubmetr qaz almaq niyyətindədir. Baş nazirin sözlərinə görə, hazırda Türkiyənin təbbi qaza tələbatı 32 milyard kubmetrdir. Qeyd edək ki, hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollara satılır. Türkiyə ilə bağlanmış müqaviləyə əsasən, "Şahdəniz" yatağından çıxarılan qazın qiymətinə tədarüklərin başlanmasından bir il sonra yenidən baxıla bilər. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır. Müqaviləyə əsasən Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından layihənin işlənməsinin birinci mərhələsində ildə 6,6 milyard kubmetr qaz almalıdır. Artıq bu il tərəfdaşların göstərilən həcmə nail olacağları gözlənilir. "Şahdəniz" yatağının işlənməsi layihəsi 4 iyun 1996-cı ildə imzalanıb. "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz" layihəsində hasilatın pay bölgüsünə dair sazişin iştirakçıları: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, SOCAR - 10 faiz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar