SON XƏBƏRLƏR

İsa Kələntəri: Urmiya gölünün qurumasından 1996-ci ildən xəbərimiz var

2025.09.12, 13:10
İsa Kələntəri: Urmiya gölünün qurumasından 1996-ci ildən xəbərimiz var

" Urmiya gölünün qurumasından 1996-ci ildən xəbərimiz var."

Gunaz.tv

Bunu keçmiş prezident Haşimi Rəfsəncani yanında Kənd Təsərrüfatı Naziri və İran Ətraf Mühit Təşkilatının keçmiş rəhbəri İsa Kələntəri mətbuat konfransında bildirib.

O, 1996-ci ildə su və torpaq məsələləri üzrə məsləhətçi Məcid Cəvahiri ona Urmu gölünün 2016-cı ilə qədər quruyacağını proqnozlaşdıran hesabat təqdim etdiyini deyib.

Hesabatda gölün su hövzəsində çoxsaylı bəndlərin tikintisinin təsirləri ilə bağlı açıq bir xəbərdarlıq olduğunu və hökumət rəsmilərinin bunun nəticələrindən xəbərdar olduğunu, lakin bu məlumatlara baxmayaraq bənd tikintisi layihələrinin davam etdiyini vurğulanıb.

Qeyd edək ki, Kələntərinin bu açıqlaması böyük önəmə sahibdir, çünki hökumət rəsmiləri tez-tez Urmiya gölünün qurumasını iqlim dəyişikliyi, quraqlıq və kənd təsərrüfatı kimi məsələlərlə izah etməyə çalışırdılar. Kələntərinin bu sözlərin hökumət rəsmilərinin bu iddialarının doğru olmadığını göstərir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar