SON XƏBƏRLƏR

Ərdoğanla Putin Qarabağ problemini müzakirə ediblər

2021.10.20, 07:36
Ərdoğanla Putin Qarabağ problemini müzakirə ediblər

Gunaz.tv
Azərbaycan və Polşadan sonra Rusiyaya səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. RİA-dan gaip xəbər mərkəzinə daxil olan məlumata görə, görüşdə iki ölkə arasında gündəmdə olan enerji, qırşılıqlı ticarət, gömürk məsələləri və Dğalıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilib. 2 saat 40 dəqiqə çəkən görüşdən sonra hökumət başçıları jurnalistlər üçün brifinq keçiriblər. Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ problemi münaqişə tərəfləri olan ölkə başçılarının iradəsinə uyğun olaraq həll olunacaq. Rusiyanın baş naziri münaqişənin nizamlanmasında rəsmi Moskvanın və Ankaranın da dəstək verməyə hazır olduğunu bildirib. “Rusiya və Türkiyə problemin həlli ilə bağlı yaxından maraqlanır”, - deyə Putin əlavə edib. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyinə ümidvar olduğunu bildirib. “Əminəm ki, birgə səylər münaqişənin nizamlanması prosesində irəliləyişə səbəb olacaq”, - deyə Ərdoğan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar