SON XƏBƏRLƏR

İRAN ADLANAN YERƏ İSRAİL MARKALI PORTAĞAL GƏTİRƏNLƏR HƏBS EDİLİB

2021.10.20, 07:36
İRAN ADLANAN YERƏ İSRAİL MARKALI PORTAĞAL GƏTİRƏNLƏR HƏBS EDİLİB

Gunaz.tv
İranın kəşfiyyat və təhlükəsizlik (ETTELAAT) naziri Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında İsrail markalı portağalları qanunsuz gətirib Tehranda satışa buraxan şəxslərin həbs edildiyini bildirib. Tehran meriyası meyvə-tərəvəz bazarları təşkilatının direktoru Səfai naməlum şəxslərin ölkəyə İsrail markalı portağallar gətirdiyini aprelin 24-də açıqlamışdı. Ejei portağalları gətirənlərin hökumətin imicinə zərər vurmaq istədiyini deyib: “Artıq bəlli olub ki, portağallar birbaşa İsraildən gətirilməyib. Onların üzərindəki markalar da saxtadır. İsrail markalı portağalları ölkəyə gətirənlərin niyyəti hökumətin daxili və xarici imicinə xələl gətirməkdir”. M.Ejei bu işə görə həbs edilənlərin kimliyi barədə hər hansı bir açıqlama verməyib. İran və İsrail düşmən dövlətlərdir. Onların nə siyasi, nə iqtisadi, nə diplomatik əlaqələri var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar