SON XƏBƏRLƏR

İran spirtli içki istehlakına görə öncüldür

2025.09.12, 16:09
İran spirtli içki istehlakına görə öncüldür

İslam Respublikasında spirtli içkilərdən istifadə edənlərin sayının artması ilə eyni vaxtda alkoqoldan asılılığın müalicəsi mərkəzlərinə gələnlərin sayı da xeyli artıb.

Gunaz.tv

Bu haqda İranın "Ruydad 24" xəbər saytı məlumat yayıb.

"Spirtli içkilərin istehlakı keçmişlə müqayisədə xeyli artıb və bu, qeyri-qanuni olduğu üçün bir çox işbazlar keyfiyyətsiz maddələrdən və ya sənaye spirtindən istifadə edirlər, bu da istehlakçıların həyatını təhlükəyə atır",- məlumatda deyilir.

Məlumatda bildirilib ki, xüsusən son 3 il ərzində qanunsuz spirtli içkilərin satışı bir neçə dəfə artıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci il hesabatına görə, İran spirtli içkilərdən istifadə edənlərin sayına görə 189 ölkə arasında 9-cu yeri tutub.

İran hökuməti saxta spirtli içkilərdən ölənlərin dəqiq statistikasını verməsə də, bəzi qurumların bildirdiyinə görə, bu səbəbdən ölənlərin sayı yüzlərlədir.

Onların məlumatına görə, son 10 ildə saxta spirtli içkidən zəhərlənmə nəticəsində ən çox ölü sayı 2022-ci ilə aiddir:

"Həmin il minlərlə zəhərlənənin 644-ü həyatını itirib, yüzlərlə insan isə kor olub".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar