SON XƏBƏRLƏR

B.Fasye: «Praqa görüşünü uğursuz hesab edənlər yanılırlar»

2021.10.20, 07:36
B.Fasye: «Praqa görüşünü uğursuz hesab edənlər yanılırlar»

Gunaz.tv
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsi üçün kifayət qədər zəmin var. Bunu Bakıda keçirdiyi görüşlərdən sonra ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bəyan edib. Həmsədr prosesin gedişini Yaxın Şərq münaqişəsi ilə müqayisə edib. Son 11 ayda münaqişə tərəflərini təmsil edən prezidentlər 4 dəfə görüşüb və hesab edirik ki, bu görüşlərin hamısı konstruktiv olub. Prosesi filmə bənzədən həmsədr son vaxtlar münaqişə ətrafında görüşlərin intensivləşməsini uğur kimi qiymətləndirir. «Biz hələ filmin başlanğıcındayıq» deyən Fasye iyun ayına kimi regiona daha bir həmsədrin gələcəyini istisna etmədi. Bakıda görüşlərini bitirən Bernar Fasye Türkiyəyə yola düşdü. Fransalı diplomat rəsmi Ankara ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələri davam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar