SON XƏBƏRLƏR

Ərdoğan: “Lazım gəlsə, 40 min ermənini Türkiyədən çıxararıq”

2021.10.20, 07:36
Ərdoğan: “Lazım gəlsə, 40 min ermənini Türkiyədən çıxararıq”

Gunaz.tv
“Azərbaycanla Ermənistan arasındakı problem istər-istəməz bizə də təsir göstərən bir məsələdir”. “Türkiyə-Ermənistan əlaqələri heç bir amillə bağlılığı olmayan əlaqələr deyil. Bölgə ilə əlaqəli məsələlər var. Bunları yox saymaq mümkün deyil. Azərbaycanla Ermənistan arasındakı problem istər-istəməz bizə də təsir göstərən bir məsələdir”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşaya səfəri zamanı Varşavada tələbələrlə görüşündə deyib. O bildirib ki, hazırda Türkiyənin Ermənistandan əsas tələbi bu ölkənin öz qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkməsidir: “Bunun qərarını biz verməmişik, BMT verib. Bu qərara əsasən Ermənistan orada işğalçı olduğunu qəbul edib. Bunu qəbul etmisənsə, oradan çəkil. Oralar işğal edildiyi üçün Türkiyə Ermənistanla sərhəd qapısını bağlayıb. Səbəb-nəticə əlaqəsi var. Səbəb aradan qalxanda qapı da açılacaq”. R. T. Ərdoğan Türkiyədə 40 min Ermənistan vətəndaşının qeyri-leqal yaşayıb-işlədiyini də xatırladıb: “Niyə bunlar bizim ölkəmizə gəliblər? Çünki Ermənistanda böyük səfalət var. Onlar hazırda bizim ölkəmizdə özlərini dolandırmaq üçün çalışırlar. Lazım gəlsə, geri göndərərik, amma bunu insani baxımdan düzgün saymırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar