SON XƏBƏRLƏR

AZADLIĞA BURAXILAN AMERİKALI JURNALİST İRANI TƏRK EDİB

2021.10.20, 07:36
AZADLIĞA BURAXILAN AMERİKALI JURNALİST İRANI TƏRK EDİB

Gunaz.tv
İran əsilli amerikalı jurnalist Roksana Sabiri mayın 15-də valideynləri ilə birlikdə ölkəni tərk edərək Avstriya paytaxtı Vyanaya gedib. O, casusluqda günahlandırılaraq 8 il həbsə məhkum edilmiş, sonra hökm 2 il şərti cəzayla əvəzləndiyindən mayın 11-də azadlığa buraxılmışdı. 6 ildir BBC və Amerika Milli Radiosu kimi beynəlxalq media quruluşlarına xəbər toplamaqla məşğul olan jurnalist 3 ay yarım əvvəl həbs edilmişdi. “Media forum” saytının məlumatına görə, Vyana aeroportunda jurnalistlərə açıqlama verən Roksana bir neçə gün bu şəhərdə qalacağını deyib: “Bura istirahət üçün sakit yerdir”. Jurnalist həbsxana həyatından danışmaq istəməyib: “Hələlik buna hazır deyiləm. Bir az istirahət edib fikirləşməliyəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar