Nəbi Soytürk: “Ən möhtəşəm imperiyalar bir qüdrətli SUALın gücü ilə silkələniblər”
2021.10.20, 07:36
"Nəticə fəaliyətimizdən, daha böyükdür tarix dönüş nöktəsinə çatanda bu əlamət görünər" Güney Azərbaycan İstiqlal Partiyasının ideoloji məsələlər üzrə sorumlusu Nəbi Soytürkün Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi Nəbi bəy xoş gördük sizi. Biz bilirik ki siz millətimizin sosial psixoloqiyasını dərindən araşdırırsınız. o üzdən ilk sualımız sizə 30 aprel Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisələrinin törədilməsinin arxasında dayanan faktor, necə düşünürsünüz millətimizi basqı altında saxlamaq üçün atılan bir terror aktı ola bilərmi? Bu cinayətin terror olub olmamasını yəqin ki hüquq_mühafizə orqanlarımız müəyyənləşdirəcəklər. ancaq terror olduğu halda mütləq psixoloji tərəfi nəzərə alınıbdır.Bununla bağlı psixologiya sahəsində çox istifadə olunan bir misali xatırlatmaq istəyirəm. fərz edin ki bir qrup tələbəyə bir yaşlı qadın şəkilini göstərirsiniz. O biri qurp tələbələrə isə bir cavan qızın şəkilini göstərirsiniz. Sonra hər iki qrupu bir yerə toplayıb və hər iki qrupa eyni bir karikatura rəsmini nümayiş etdirirsiniz. Soruşsanız ki bu karikatura kimə aiddir. Birinci qurp onun yaşlı bir qadın olduğunu və ikinci qurpun böyük əksəriyəti onun cavan bir qız olduğunu iddia edəcəklər. Hər iki qrup birbirinə öz iddialarını sübut etməyə dəlil gətirəcəklər. Bu dəlillər əslində onların daxili təsvirinə aiddir. Buna psixoloqiyada “ön təsvir” vəya “ön təsəvvür” deyillər. Bir neçə ay öncə abxaziya və cənubi osetiyada yaşanan savaş, Ermənistanda iqtidar_muxalifət çəkişməsi, AKP-nin Ermənistanla başlatdığı dialoq, son zamanlarda gündəmə gələn Türk_Erməni sınır məsələsi və Barak Obamanın türkiyədə Ermənistanla bağlı verdiyi mesaj bütün qafqazlıların xüsusilə azərbaycanlıların “ön təsvir”ini yetəri qədər pozubdur. Belə düşünənlər var ki artıq qafqaz öz siyasi reysindən çıxmaqdadir. Bu mənfi ’’ön təsvir’’ terrorun buraxdığı psixoloji təsiri qat qat şiddətləndirə bilər. əgər bu cinayət terrordursa, böyük ehtimalla qeyd etdiyim mənfi “ön təsvir”i nəzərə alaraq məhz bu zamanda həyata keçiriblər. Bu gün dünyada millətləri əzmək və onları qorxu altında sağlamaq üçün terror üsul kimi istifadə olunur. Azərbaycan türkləridə tarix boyu terrora məruz qalan toplumdur. Bundan sonra hansı işlər görülməlidir ki,insanlarımız gərginlikdən çıxa bilsin? Fikrimcə terrorla bağlı ölkəmizdə ciddi bir problemimiz yoxdur. Azərbaycanın sabitliyi çox möhkəmdir və heç bir qüvvə onun stabilliyini pozabilməz. Amma söhbət sosial psixoloqiyadan gedirsə qeyd etmək lazımdır ki 1813cü ildə gülüstan və sonralar türkmənçayla başlanan faciəmiz, əsrin sonunda güneydə məşrutə inqilabı , 20 ci əsrin başlanqıcında sarı qamış savaşı, müxtəlif zamanlarda qarşılaşdığımız qətliamlar, 1918 ci ildə yaratdığımız cümhuriyətin bolşeviklər tərəfindən çökdürülməsi, Azərbaycanın tarixi torpaqlarında Ermənistanın yaranması, göycə və zəngəzurun ayrıca itirilməsi, 1945 ci ildə güneydə Seyid Cəfər Pişəvəri hərəkatının qanla boğulması, Qarabağ məsələsi və .... bütün bu repressiyalar səbəb olublar ki, millətimizdə nisgil ədəbiyyatı və hardasa bir məğlubiyyət psixologiyası formalaşsın. Qeyd etdiyim psixoloqiya muğamlarımızda, bayatılarımızda və hətta söhbət tərzimizdədə özünü göstərir. Artıq zaman o zamandır ki dayanış və dirəniş ədəbiyatına keçib, anadolu türk qardaşlarımız kimi zəfər psixoloqiyasına yiyələnməliyik. Ümümiyyətlə bu hadisə baş verməmişdən öncədə cəmiyyətimizdə bir gərginlik hökm sürürdü, insanların içində əsəb dalaşqanlıq görməmək mümkün deyil. Məsələn avropa ölkələrində insanların üzündə bir təəbbüsüm və mehribanlıq özünü göstərir. Unutmaq olmaz ki,azərbaycan türkləri istiqanlığına və mehribançılığına görə dünyanın ən öndə gedən millətləri sırasındadır. Amma indi ki reallıq başqa şeyləri göstərir. Nədir bu cəmiyyətimizi gərginlikdə saxlayan faktorlar? Düşünürəm ki, arada olan fərq daha çox şərq və qərb arasında olan fərqdən ibarətdir. Bu haqda çox dərin araşdırmalar olub və zəngin fikirlər irəli sürülüb. Mövzumuzuda nəzərə alaraq diyərdim ki qərbdə millətlər problemlərini toplum səviyəsində həll ediblər. şərqdə isə hələdə fərd olaraq mücadilə verilir. Və toplumsal problemlərin, fərd həyatına yansıması davamlı bir gərginliyə səbəb olur. ikinci məsələ “teisim” və “humanizm” məfhumlarının insan hayatına yansımasıdır. Şərqdə hələdə elm ilə “həqiqət”i axtarillar. hal bu ki qərb insanı “fransıs bekon”nun nəzəriyyəsini rəhbər götürərək elm ilə “qüdrət”i təqib edir. Onlar axtardıqlarını tapıblar, biz isə hələ axtarışdayıq. Qərb insanı elmilə özünü gücləndirib və bu şəkildə mühitə, şəraitə və ümumiyətlə həyata kontrolu artıb. şəraitə kontrol artdiqca insanların xoşbəxtlik hissi güclənir. Şərqdə isə insanlar özlərini şəraitin kontrolu altına düşmüs hesab edirlər. Bu şəkildə narazılıq hissi güclənir və stresslərə səbəb olur. Bu hiss fərdi həyatdan tutmuş ta milli səviyyəyə qədər özünü doğrulda bilir. Xüsusilə öz millətimiz haqqında nə diyərdiniz? yani bu günkü durumumuzla bağlı... Sosial psixoloqiya haqqında çox şeylər demək olar. Ancaq mən siyasi mücadiləmizlə bağlı olan bir məsələni qeyd edəcəyəm.Biz özümüzü potensial qüdrətimizlə və yüksək ideyalarımızla ölçürük. hal o ki dünya bizi qiymətləndirərkən, əldə etdiklərimizi meyar götürür. Ortalığa iki fərqli nəticə çıxır. və bu nəticə ilə barışmaq bizə çətin gəlir. Əlbətdə ki, biz ikili istandartlı dünyada yaşayırıq. Ancaq biz potensialımızla, reallığımızı uyqunlaşdırmayana qədər, dünya bizim gözümüzə daha çox ədalətsiz görünəcəkdir. Buda özəlliklə milli mənsubiyətilə fəxr edənləri və milli mücadilə verən insanlarımızı daha çox etkiliyir. Təbii ki psixoloqiyamız bütün bunlardan təsir alır. Tarix boyu türk milləti qədər mənəvi fiziki terrora məruz qalan ikinci millət tapmaq olmaz. Bəlkə dünya bizi sevmir. Yoxsa hansısa güclər türk millətini özü üçün maneyə kimi görür? Dünya millətləri arasında hər bir millətin bir imici vardır.Birisi dinilə,digəri texnikasilə, o birisi isə elmilə tanınır. Tale elə gətirib ki, dünyanın mədəniyətini zənginləşdirən türk milləti, bu gün dünyada imperiyalist bir imic ilə xatırlanır.Baxmayaraq ki, türk milləti heç bir millətə qarşı soyuq savaş aparmayibdir. Milli_dini tolerantlığı son dərəcə müsbət olubdur. Ancaq zamanın gərəyi olaraq türk dövlətləri uzun müddət yaşadıqları bölgədə jandarma rolunu oynayıblar. Türkün bu rolunu həzm edə bilməyən millətlər, real dünyada türklərlə savaşa bilmədikləri üçün onlara qarşı özlərində bir nifrət becəriblər.Bunu nəsildən nəsilə ötürüblər. Türkü əfsanələrdə məğlub etsinlər deyə türkə qarşı, minlərlə təhqir edici lətifələr düzəldiblər. Elm və təhsil ciddiləşincə yavaş yavaş bu kinli zehniyəti kitablara töküb və tarix kitabları yaradıblar. Türkə nifrət bir çox ölkələrin təhsil sisteminə daxil olubdur. O üzdən bu təbliğatların nəticəsində türkdən olan təsəvvür çox bulanıq və mənfi bir zehniyyətdən ibarət olubdur. Məncə diasporamızın ən əsas işlərindən biri türk millətinə öz həqiqi imicini qazandırmaqdan ibarətdir. Sizə Güney Azərbaycan Milli Azadlıq Hərəkatından sual vermək istərdim. Nəbi bəy içtimaiyyət üçün maraqlı olardı bu gün hərəkatın ideoloji-siyasi əsasları tam şəkildə ortaya qoyulubmu? Birincisi diyərdim ki bu sualın cavabında “bəli” vəya “xeyir” kəlmələrindən istifadə etmək doğru olmazdı. Ona görə ki güneydə vəziyət “müəyyənləşən” bir vəziyət deyil, “oluşan” bir vəziyyətdir. Yəni güneydə hər an bir şeylər olur. Hər gün bir az köhnələr unudulur, yenilər canlanır. Bu mexanizm irançılıqdan türkçülüyə doğru yüksələn bir xətt üzrə inkişaf edir. Ikinci məsələ ondan ibarətdir ki, real prinsiplər ixtira olunmurlar, onlar kəşf olur. O cümlədəndə ideoloji_siyasi əsaslarımız gündən günə özünü güstərir. Milli hərəkat o qədər təbii və qaçılmazdır ki, “fəaliyyət”imizdən daha çox “nəticə” vardır. Əgər nəticə fəaliyyətdən daha böyükdürsə, bu o deməkdir ki, hərəkatın kökü şüurlardadır və təbiidir. Həmçinin bu hərəkatın həqiqi mənada milli olmasını göstərir. Məncə bu hadisə tarixin dönüş nöqtəsinə çatmasının əlamətidir. Məsələn biz bəzən eşidirik ki,deyirlər ki,Azərbaycanın bütövləşməsi qeyri mümkündür və artıq dünyanın siyasi xəritəsi cızılıb. Bu fikri işlədənlər beynalxalq hüququ əsas gətirirlər. Bu fikirlərə münasibətiniz bilmək maraqlı olardı. Əlbətdə ki, ikili istandartlı dünyada manelər olacaqdır. Ancaq necə ki, 1945 ci ildə cəhd olundu türk qacarların itirdiyi hakimiyyət bərpa olunsun və nisbi olaraqda bir illik bərpa olundu, bizdə bir növ keçmişdə itirdiyimiz azərbaycan hakimiyyətini bərpa etməyə çalışırıq. Bunun hüququ zəmini vardır. Qaldı ki, siyasi baximdan yenədə əlverişli bir dönəmi yaşayırıq. Fikrimcə dünyanı idarə edənlər ikiqütblü olduğu dönəmdə bizim kimi millətlər üzərində çox amansizcasına bir kontrol tuturdu. Beynelxalq disiplin həddindən artiq sərtiydi. Çünki ən kiçik dəyişiklik şərq_qərb arasında olan balansı pozabilərdi. Ancaq indi üzərimizdə olan beynalxalq disiplin keçmişə baxanda xeyli boşalıbdır. Barak obamanın əsas şüarlarından birisi bundan ibarətiydi ki: “biz siyasətimizi savaşa savaşa deyil, razılaşdıra razılaşdıra həyata keçirəcəyik”. Məncə bu disiplinin boşalması deməkdir. 1991 ci ildən bəri BMT də neçə yeni bayraq dalğalanır?!! Amma bütün bunları və öz potensiyalımızı görməməyin mütləq psixoloji səbəbləri vardır. O psixoloji səbəblər nədən ibarətdir, fikrinizi açarsınızmı? Məncə bir misal vurmaq marağlı olardı. Fərz edin ki bir akvariomun bir tərəfinə bir ovçu balıq atırsınız, o biri tərəfinə isə bir balaca ağ balıq. Ikisinin arasına isə bir şüşə qoyursunuz. ilk olaraq ovçu balıq həmən balaca balığı tutsun deyə hərəkətə keçir amma şüşə buna mane olur. Bir daha təkrar edir. yenədə alınmır. Bu əməli 3 , 4 gün təkrar edir. Sonda inanir ki bu mümkün deyil. 5 ci gün şüşəni qaldirsanız, artıq o balıq hərəkətə keçmir. Ac qalır ama ova çıxmır. Çünki bu işin qeyr mümkün olduğu ilə bağlı onda bir inam yaranır. İnsan psixologiyasıda dəqiq belədir. İnsanların şüşəsi qəbul etdiyi sloqanlar, bəzən aldığı təhsil, eşitdiyi informasiya və bütün təbliğat maşınlarıdır. Hakim millətlər məhkum millətləri öz şanssızlıqlarına inandırmaqla onların gücünü məhdudlaşdırıllar. Bizdə diqqətli olmalıyıq ki, düşmənlərin qüdrətinə olan inamımızın altında əzilməyək. Amma bunuda unutmaq olmaz ki, cəmiyyətlərin inkişafı maariflənməkdən və bütün millətlərin inkişafı savaddan,oxumaqdan keçir. Tarix boyu parcalanmış millətlər savadlanaraq öz birliklərini nail olmuşlar. Məsələn Alman xalqının içtimai şüurunda oturuşan inkişaf birlik fəlsəfəsi olmasa idi, onlar XIX əsrdə bir dəfə XX əsrdə isə ikinci dəfə vahid dövlətçilik birliklərinə həyata keçirə bilməzlədilər. Məncə bizim bütövləşməyimizdə belə ola bilər? Bəli əlbətdə ki, oxşarlıq var. Biz yəhudiləridə misal çəkə bilərik. Onların dövlətsizliyi yüz illərlə deyil, min illərlə ölçülürdü. Dünyada təhqir obyektinə çevrilmişdilər. Amma dovlətçilik arzularını özlərində yaşadıb və nəsildən nəsilə ötürdülər. ”Teodur hertz” isveçrədə dünya kütləvi informasiyalarını ələ almaqla bağlı yeni nəzəriyəsini irəli sürüb və onun əsasında mücadiləyə başlayanda, onlar üçün heç bir şans görünmürdü. Amma inanclarını qoruyub saxlayırdılar. Amerika psixoloqiyasının atası “Cim Ran” deyir: “əgər yetəri qədər səbəb varsa hər bir problemi aşmaq olar” . daha bir dahi alim yazır ki: “əgər böyük bir “NİYƏ” varsa, hər bir “NECƏ” ilə baş etmək olar”. İlk başda çıxış yolu görünməyə bilər. Bizi ilk öncə bu suallar marağlandırmalıdır. Niyə Azərbaycan parçalanmalıdır? nə üçün dilimiz unutdurulmalıdır? Güneyin istiqlalı, eləcədə Azərbaycanın bütövləşməsilə hansı problemlərə son qoya bilərik? əgər bu vəziyyət davam edərsə sonumuz nə olacaqdır? Demək istədiyim odur ki, hal hazırda bizim üçün sualların böyüməsi, cavabların böyüməsindən daha mühumdur.Sonda bu sualların millətimizdə yaratdığı stimul azadlığa bir yol tapacaqdır. Hər sual , fars şovinizminin bizə aşıladığı inam sistemində bir şübhə yaradacaqdır. Bu şəkildə yeni bir inam sisteminə keçmək mümkün olacaqdır. Mənə elə gəlir ki tarix boyu ən möhtəşəm imperiyalar bir qüdrətli SUALın gücü ilə silkələniblər. Nəbi bəy sonda sizə öz təşəkkürümüzü bildirik ki, suallarımızı cavablandırdığınıza görə sizə uğurlar arzu edirik. Məndə sizə və millətimizə uğurlar arzulayıb və təşəkkürlərimi bildirirəm. Söhbətləşdi : Elnur Eltürk