SON XƏBƏRLƏR

Azərbaycanlı yazarın şeirlər kitabı Tehranda dərc olundu

2021.10.20, 07:36
Azərbaycanlı yazarın şeirlər kitabı Tehranda dərc olundu

Gunaz.tv
Bu günlərdə 50 yaşı tamam olan tanınmış şair İlham Qəhrəmanın Tehranda «Əsir dağlar» adlı şeirlər kitabı nəşr edilib. Ərəb əlifbası ilə, azərbaycan dilində çap olunan kitab cənublu oxucular üçün nəzərdə tutulub. Çapı İranda fəaliyyət göstərən «Pinar» yayım evi tərəfindən baş tutan kitab Tehranda Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir. Kitabda şairin şeirləri ilə bərabər ədəbi düşüncələrinə də yer ayrılıb. Kitabı Tehran yazarları - Azərelli, Məhəmməd Əhmədi, Ədalət Duman və xanım Şərifə Cəfəri birlikdə ərsəyə gətiriblər. Ön sözün müəllifi də Azərellidir. İlham Qəhrəman da bu yaxınlarda həmin şairlərin yaradıcılığından ibarət «Dəyirmanın alt daşı» adlı şeir antologiyasını Bakıda tərtib edərək, dərc edib. qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar