SON XƏBƏRLƏR

Zəncan zavodundan zəhərli qazın buraxılması nəticəsində 1 nəfər ölüb

2025.09.20, 11:39
Zəncan zavodundan zəhərli qazın buraxılması nəticəsində 1 nəfər ölüb

7 işçi sentyabrın 18-də Zəncan Sənaye Parkında 1 saylı kənd təsərrüfatı kimyası zavodunda zəhərli qazın buraxılması səbəbindən zəhərlənib.

Gunaz.tv

Bu barədə Zəncan Əyalətinin Böhran İdarəetmə Baş direktoru İSNA Xəbər Agentliyinə müsahibəsində bildirib.

"Bu hadisədə bir neçə işçi zəhərlənib, bir nəfər isə zəhərlənmənin şiddətindən dünyasını dəyişib. Qalan şəxslər isə tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb." - deyə Zəncan Tibb Elmləri Universitetinin  təcili yardım şöbəsinin müdiri İbrahim Xosrovşahi bildirib.

Zavod və sexlərdə təhlükəsizlik standartlarının aşağı olması Güney Azərbaycan və İranda işçilərin həyatını təhlükəyə atmağa davam edir. Azərbaycanda işsizliyin və yoxsulluğun geniş vüsət alması insanları belə təhlükəli mühitlərdə işləməyə məcbur edir. Bundan başqa, Azərbaycanda təhlükəli kimyəvi tullantılarla fabriklərin tikintisi regionda insanların həyatını və ətraf mühiti ciddi şəkildə təhdid edir. Marağadakı Kaveh Soda zavodu və Zəncandakı sink və qurğuşun zavodları belə çirkləndirici zavodlara misaldır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar