SON XƏBƏRLƏR

Azərbaycan – Qafqaz pələngi

2021.10.20, 07:36
Azərbaycan – Qafqaz pələngi

Gunaz.tv
Bolqarıstanın Azərbaycandakı keçmiş səfiri İvan Palçevin kitabının təqdimatı keçirilib Bakı Slavyan Universitetində (BSU) Bolqarıstanın Azərbaycandakı keçmiş səfiri İvan Palçevin “Azərbaycan – Qafqaz pələngi” adlı kitabının təqdimatı keçirilib. BSU-nun rektoru Kamal Abdullayev bildirib ki, kitabın Azərbaycan dilinə tərcüməsində onun rəhbərlik etdiyi universitetin müəllim və tələbələrinin böyük rolu olub. Azərbaycan-Bolqarıstan əlaqələrindən danışan rektor bu ölkənin keçmiş və hazırkı prezidentləri Jelyu Jelev və Georgi Pırvanovun BSU-nun fəxri doktorları olduğunu söyləyib. İ.Palçev isə kitabda Azərbaycanda 5 il ərzində müşahidə etdiyi hadisələri təsvir etdiyini və kitaba Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatlar yerləşdirdiyini deyib. O, 1918-ci ildə şərqdə ilk cümhuriyyətin Azərbaycanda qurulduğunu, qadınlara seçki hüququnun verildiyini xatırladaraq o zaman hətta İsveçrə kimi Avropa ölkəsində də qadınların belə hüququnun olmadığını vurğulayıb. Bolqarıstan parlamentinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun sədri Rəmzi Osmanov isə bu kitabın nəşr olunmasını çox əhəmiyyətli hadisə adlandırıb. 200 deputat adından İ.Palçevə təşəkkürünü bildirən deputat hazırkı səfirə daha iri həcmli kitab yazmağı arzulayıb. Xalq yazıçısı Çingiz Abdullayev isə Azərbaycanın çox unikal ölkə olduğuna diqqət çəkib: “Dünyada ikinci elə bir ölkə yoxdur ki, orada çalışmış səfirlər diplomatik missiyaları bitdikdən sonra geri qayıdıb həmin ölkədə çalışsınlar. Hazırda Azərbaycanda Gürcüstanın iki keçmiş səfiri, eləcə də Amerikanın, İtaliyanın və Özbəkistanın keçmiş səfirləri çalışır”. Tədbirdə Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Milli Məclisin Azərbaycan-Bolqarıstan dostluq qrupunun sədri Rauf Əliyev və digərləri də çıxış ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar