SON XƏBƏRLƏR

AYSEL-ARAŞ CÜTLÜYÜ BU GÜN SƏHNƏYƏ ÇIXIR

2021.10.20, 07:36
AYSEL-ARAŞ CÜTLÜYÜ BU GÜN SƏHNƏYƏ ÇIXIR

Gunaz.tv
Bu gün “Avroviziya-2009” mahnı müsabiqəsində 10 finalçını müəyyən edəcək ikinci yarimfinal keçiriləcək. Moskvanın “Olimpiysk” kompleksinin səhnəsinə Azərbaycan təmsilçiləri Aysel və Araş, eləcə də Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya, Niderland sənətçiləri çıxacaq. Mayın 12-də mahnı müsabiqəsinin birinci yarımfinalını Türkiyə, Ermənistan, İsveç, İsrail, İslandiya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta, Bosniya və Hersoqovina təmsilçiləri adlayıblar. 42 ölkənın qatıldığı “Avroviziya-2008”də Rusiya, Fransa, Almaniya, İspaniya və Böyük Britaniya finala ələmə mərhələsi keçmədən vəsiqə qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar