SON XƏBƏRLƏR

“Avroviziya-2009”-un qalibi Kosmosdan elan oluna bilər

2021.10.20, 07:36
“Avroviziya-2009”-un qalibi Kosmosdan elan oluna bilər

Gunaz.tv
Müsabiqənin prodüsseri: “Avropa tamaşaçılarını möhtəşəm şou gözləyir” “Avroviziya-2009” musiqi müsabiqəsinin mayın 16-da keçiriləcək finalında aparıcılar Beynəlxalq Kosmik Stansiya ilə əlaqə yaradacaqlar. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, bunu müsabiqənin müsiqi prodüsseri Yuri Aksyuta bildirib. Bəzi KİV-də isə müsabiqənin qalibinin Kosmosdan elan ediləcəyi barədə məlüumatlar yer alıb. Müsabiqənin prodüsseri bildirib ki, onlar bütün sirrləri açmaq istəmirlər, lakin Avropa tamaşaçılarını möhtəşəm şou gözləyir. Hələlik şounun Beynəlxalq Kosmik Stansiya ilə əlaqədən əlavə təfərrüatları sirr olaraq saxlanılır. Bununla belə, təşkilatçılar bəyan ediblər ki, bu cün texniki təchizat indiyədək heç bir müsabiqədə görünməyib. Qeyd edək ki, Moskvada keçirilən bu ilki müsabiqə “Avroviziya” tarixində ən bahalı və ən görkəmli tədbir hesab olunur. Müsabiqədə 42 ölkə iştirak edir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar