SON XƏBƏRLƏR

Elxan Şahinoğlu “Ərdoğan Bakıda çox açıq danışdı və bütün şübhələri ortadan qaldırdı”. MÜSAHİBƏ

2021.10.20, 07:36
Elxan Şahinoğlu “Ərdoğan Bakıda çox açıq danışdı və bütün şübhələri ortadan qaldırdı”. MÜSAHİBƏ

Gunaz.tv
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə Türkiyənin Baş Naziri Rəcəb Təyyub Ərdəğonın dünən Azərbaycan baş tutan səfəri və bundan sonra davam edəcək Azərbaycan-Türkiyə münasibələri ilə bağlı müsahibəsi Elxan bəy Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdəğonın Azərbaycana baş tutan səfərini bir ekspert kimi dəyərləndirmənizi istərdik? Çox vacib səfər idi. İki strateji müttəfiq dövlət arasındakı münasibətlərdə həqiqətən bir gərginlik yaşanırdı və bu gərginlik torpaqlarımızı işğal edən Ermənistanın maraqlarına uyğun idi. Təəssüf ki, həm Azərbaycan, həm də Türkiyədə bəzi kosmopolit qüvvələr də bilərəkdən və ya bilməyərəkdən iki qardaş dövlət arasında münasibətləri gərginləşdirirdilər. Odur ki, gərginliyi soyutmağa ehiyac var idi. Ərdoğan Bakıda çox açıq danışdı və bütün şübhələri ortadan qaldırdı. Bundan sonra önəmli olan iki dövlətin təhlükəsizlik maraqlarını uzlaşdırmasıdır. Ərdoğanın söylədiyi kimi liderlər mühüm mövzuları media vasitəsilə deyil, birbaşa müzakirə etməlidirlər. Deyirdilər ki, Azərbaycan Türkiyəyə qazı ucuz satır. Ərdoğan bu məsələyə də aydınlıq gətirdi, real qiymət nədirsə onu ödəyəcəklərini vəd etdi. Yəni Ərdoğan Azərbaycan üçün həssas olan məsələlərə həssas yanaşdı. Eyni yanaşmanı Azərbaycanın da sərgiləməsi lazımdır. Azərbaycan da Türkiyənin problemlərinə həssas yanaşmalıdır. Məsələn, Türkiyə Azərbaycan vətəndaşlarına viza tətbiq etmirsə, Azərbaycan da Türkiyə vətəndaşlarına viza tətbiq etməməlidir. Həmçinin biz də Kipr probleminin həllində Türkiyənin istəklərinə diqqət yetirməliyik. Maraqlıdır ki, Türkiyənin baş naziri İngiltərədə və Azərbaycan bəyan edir ki,onlar heç vaxt Ermənistanla danışıqlarda Dağlıq Qarabağ məsələsini şərt kimi çıxartmayiblar və Azərbaycan işğal altında qalan torpaqları azad olunmamış sərhədlər açıla bilməz. Bəs nə səbəb oldu ki, iki qardaş ölkə arasında iki aya yaxın davam edən gərginlik yaşandı? Gərginlik üçün müəyyən səbəblər var idi. Türkiyəli diplomatların İsveçrədə erməni diplomatlaryla görüşlərində və hazırlanan “yol xəritəsi”ndə Dağlıq Qarabağın arxa plana keçdiyi görüntüsü yaranmışdı. Ərdoğan əvvəldən qətiyyətli açıqlamalar versə də, eyni sözləri keçmiş xarici işlər naziri Əli Babacana aid etmək olmurdu. O “yol xəritəsi” ilə bağlı qeyri-müəyyən ifadələr işlədirdi. Gərginlik də bundan yaranırdı. Gərginliyin artmasında bir də erməni dezinformasiyaları rol oynayırdı. Təəssüf ki, Azərbaycan və Türkiyədəki bəzi media quruluşları Ermənistandakı internet resurslara dayanaraq xəbərlər yayırdılar. Sonradan da məlum olurdu ki, həmin xəbərlər həqiqətə uyğun deyil. Məsələn xəbər ötürmüşdülər ki, Türkiyənin xarici işlər naziri Əli Babacan İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevi təhqir edib. Bu xəbər Türkiyə və Azərbaycan mətbuatında yer aldı və iki ölkə arasındakı münasibətlər bir az da gərginləşdirdi. Həqiqətdə isə belə bir olay baş verməmişdi. Bir daha gələcəkdə belə hadisələrin baş verməməsi üçün hansı addımlar atılmalıdır? Gələcəkdə belə hadisələrin baş verməməsi üçün Türkiyə ilə Azərbaycan arasında daha sıx koordinasiya həyata keçirilməlidir. Ermənistan və Rusiya mənbələrindən Türkiyə və Azərbaycan haqqındakı xəbərlər mənbəyi araşdırıldıqdan və dəqiqləşdirildikdən sonra çap oluna bilər. Digər tərəfdən Türkiyə-Azərbaycan hökümətlərarası komissiyası da sözdə deyil, əməldə fəallaşmalıdır. Bəzi amerika-qərb analitiklər təhlil edirdilər ki, Ermənistanın Rusiyanın təsirindən çıxartmaq üçün mütləq Türkiyə faktoru önə çıxmalıdır. Doğrudanmı,ermənistanın rusiyanın təsirindən azad etmək üçün və onun demokratikləşməsi Türkiyə ilə münasibətlərin yaranmasından asılıdır? Yoxsa bu ermənistan diasporasının ortalığa atdığı layihəsidir. Əlbəttə əgər Ermənistanın Türkiyə ilə normal münasibətləri olarsa, sərhədlər açılarsa İrəvanın Rusiyadan iqtisadi asılığı müəyyən qədər azala bilər. Ancaq bunun üçün Ərdoğanın da qətiyyətlə söylədiyi kimi işğal faktı ortadan qaldırılmalıdır. Digər tərəfdən Rusiya Cənubi Qafqazdakı son forpostu olan Ermənistanın əlindən çıxmasını asanlıqla həzm etməz. Rusiya Ermənistandakı hərbi bazalarını itirmək istəməz. Seçim Ermənistanındır. Əgər işğalı davam etdirəcəksə Rusiyanın yanında olacaq, ancaq bundan iqtisadi qazancı olmayacaq, əvvəlkitək səfalət içində yaşayacaq. Yox əgər Dağlıq Qarabağ probleminin ədalətli həllinə imza atarsa, Türkiyə və Azərbaycanla münasibətləri normallaşacaq və bundan xeyli gəlir əldə edəcək, iqtisadiyyatı canlanacaq, regional layihələrə qoşulacaq və s. Türkiyəni ən cox maraqlandıran məsələlərdən biridə Azərbaycan hökümətinin türkiyə yə satdığı qazının qiymətinin qaldırılması ilə bağlı məsələnin gündəmdə olmasıdır. Artıq iki qardaş ölkə arasında münasibətlər normalaşmağa doğru gedir ola bilərmi ki, bu məsələ bundan sonra arxa plana keçsin? Daha öncə də vurğulağım kimi Ərdoğan qazın qiymətinin qaldırılmasında bir problem görmədiyini deyib. Türkiyə dünya qiymətlərinə razılaşıb. Nə qədər strateji müttəfiq olsaq da, qiymətlər bazar konyukturasına uyğunlaşdırımalıdır. Əslində bu da Türkiyə-Azərbaycan müttəfiqliyinin möhkəmlənməsinin xeyrinədir. İndi kimsə yerindən qalxıb deyə bilməyəcək ki, Azərbaycan Türkiyəyə güzəştə gedir. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar