SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzaları 378 nəfərin həyatına son qoyub

2025.09.22, 14:13
Şərqi Azərbaycanda yol qəzaları 378 nəfərin həyatına son qoyub

Bu ilin ilk 5 ayında Şərqi Azərbaycanda yol qəzalarında 378 nəfər ölüb, 8000-dən çox insanın isə yaralanıb.

Gunaz.tv

Bunu Şərqi Azərbaycan Tibb idarəsi direktoru Mehrdad Sitarə deyib.

O, ölənlərdən 297-nin kişi, 82-nin qadın olduğunu bildirib.

Qeyd edək ki, Güney Azərbaycanda yolların durumunun pis olması və kefiyyətinin standartdan kənar olması yol qəzalarında ölüm hallarının əsas səbəblərindən biri hesab edilir.

Qəribədir ki, ötən həftə Şərqi Azərbaycan yol polisinin rəhbəri Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayının 275 nəfər olduğunu bəyan edib ki, bu da Şərqi Azərbaycanın Tibb idarəsi direktorunun verdiyi rəqəmdən 103 nəfər azdır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar