SON XƏBƏRLƏR

Dəniz Baykal: "Baş nazirin, "işğal bitmədən sərhəd açılmaz"- sözləri sevindiricidir"

2021.10.20, 07:36
Dəniz Baykal: "Baş nazirin, "işğal bitmədən sərhəd açılmaz"- sözləri sevindiricidir"

Gunaz.tv
Türkiyənin müxalifət lideri Dəniz Baykal Ərdoğanın Bakıdakı çıxışını dəstəkləyib Türkiyənin müxalifətçi Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal partiyasının iclasında baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıdakı çıxışından razı qaldığını bildirb. ANS PRESS-in "Habertürk"ə istinadən verdiyi xəbərə görə, Dəniz Baykal işğal edilən Azərbaycan torpaqları boşaldılmadan sərhədlərin açılmasının doğru olmayacağını bir daha təkrar edib. Türkiyə və Ermənistan münasibətlərinin son günlərdə gəldiyi nöqtəni xatırladan Baykal, bir müddətdir Ermənistana ümid verildiyini, hətta az qala sərhədlərin açılması üçün konkret addımlar atıldığını da vurğulayıb: "Sərhədlərin bağlanmasının səbəbi Azərbaycan torpaqlarının işğalıdır. Ancaq bu vəziyyət aradan qaldırıldıqdan sonra sərhədlər açıla bilər. Biz bunu hər zaman vurğulamışıq. Türkiyə baş nazirinin Bakıdakı bu açıqlamaları sevindiricidir". Dəniz Baykal əldə olunmuş bu naİliyyətin CHP-nin apardığı uğurlu müxalifət siyasətinin nəticəsi olduğunu da bildirib. Xatırladaq ki, Ərdoğan Bakıdakı çıxışında qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün aparılan danışıqlarda heç bir fərqli vəziyyət yoxdur. Ərdoğan sərhədlərin Dağlıq Qarabağ işğal olunandan sonra bağlandığını və bu vəziyyət həll ediləndən sonra açılacağını bir daha vurğulayıb. O qeyd edib ki, bunlar bir-biri ilə bağlı məsələlərdir. Baş nazir heç bir zaman Azərbaycanın milli mənefeyinə xələl gətirəcək addımlar atmadıqlarını və bundan sonra da atmayacaqlarını qeyd edib: «Azərbaycan torpaqlarının işğalı aradan qalxmadan bölgədə arzu edilən, normal münasibətlərin mümkün olmadığını bütün region ölkələri bilir. Əgər Dağlıq Qarabağ problemində irəliləyiş olmasa, Cənubi Qafqazda sülhün təmin olunması mümkün deyil». Şirəli Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar