SON XƏBƏRLƏR

İRANDA HƏBSDƏ SAXLANAN 7 BƏHAİ RƏHBƏRİNƏ EDAM HÖKMÜ ÇIXARILA BİLƏR

2021.10.20, 07:36
İRANDA HƏBSDƏ SAXLANAN 7 BƏHAİ RƏHBƏRİNƏ EDAM HÖKMÜ ÇIXARILA BİLƏR

Gunaz.tv
İRANIN HƏBSDƏ SAXLANAN 7 BƏHAİ RƏHBƏRİNƏ EDAM HÖKMÜ ÇIXARILA BİLƏR Tehranın Evin həbsxanasında saxlanan İran Bəhai İcmasının 7 rəhbəri - Fəriba Kamal Abadi, Cəmaləddin Xancani, Əfif Nəimi, Səid Rzai, Behruz Təvəkküli, Vəhid Tizfəhm, Məhvəş Sabit edam təhlükəsi altındadır. Bu şəxslərin altısı 2008-ci il mayın 14-dən həbsdədir. Məhvəş Sabit isə 3 ay əvvəl tutulub. “İran Milli Məhfeli”adıyla fəaliyyət göstərən icma başsız qalıb. Dünya Bəhai İcmasının BMT-dəki yüksək rütbəli nümayəndəsi Bani Doqal mayın 12-də jurnalistlərə açıqlamasında bəhai rəhbərlərinə edam hökmü çıxarılması təhlükəsindən narahat olduğunu deyib: “Bəhai rəhbərlərinin ailələrinə deyiblər ki, onlar “müfsid-i fil-ərz”likdə (yer üzündə fəsad törətməkdə) günahlandırıla bilər. İrandakı İslam Cəza Qanununa görə, “müfsid-i fil-ərz”likdə günahlandırılanlara edam hökmü verilir. B.Doqal bəhai rəhbərlərinin vəkili, sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadiyə öz müvəkkilləri ilə görüş icazəsi verilmədiyini də vurğulayıb. İran Bəhai İcmasının BMT-nin Cenevrə ofisindəki nümayəndəsi Diyan Əlayi isə “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında bu xəbərdən son dərəcə narahat olduğunu bildirib: “Bəhai rəhbərlərinə edam hökmü çıxarılması ehtimalı dünya bəhai icmasının heyrətlənməsinə və son dərəcə narahat olmasına səbəb olub. Çünki onların istintaqda dindirilməsi bir neçə həftə əvvəl başa çatıb”. Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır. İran İslam Respublikası bərqərar edildikdən bu günə qədər İranda 200-dən çox bəhai edam edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar