SON XƏBƏRLƏR

Nabucco" layihəsinə cığır açan müqavilə iyunun 25-də Ankarada imzalanacaq

2021.10.20, 07:36
Nabucco" layihəsinə cığır açan müqavilə iyunun 25-də Ankarada imzalanacaq

Gunaz.tv
THe Guardian: "Türkiyə və Avropa Birliyinin qaz anlaşması rus boyunduruğunu qırdı" İngilis "THe Guardian" qəzeti "Nabucco" layihəsinə "cığır açacaq" sənədin iyunun 25-də Ankarada imzalanacağını açıqlayıb: "Türkiyə ilə Avropa Birliyi arasındakı təbii qaz razılaşması Rusiyanın qaz boyunduruğu siyasətini pozdu. Orta Asiya, Qaqaz, Orta Şərqdən Avropaya təbii qaz daşınması planlanan "Nabucco" boru xətti layihəsi Kremlin qaz ixracı siyasətində Avropaya qarşı tətbiq etdiyi əngəlləri qırmaq üçün mühüm açar önəmindədir". Qeyd edək ki, Avropa Birliyi illik təbii qaz ehtiyacının üçdə birini, yəni 140 milyard kubmetrini Rusiyadan "mavi yanacaq" almaqla ödəyir. Amma Avropa Moskvanın gələcək "qaz şantajlarından" yayınmaq üçün yollar arayır. "Cənub koridoru" adlandırılan "Nabucco" layihəsi və iki ayrı təbii qaz boru kəməri isə 2020-ci ildə qaz bazarında Rusiyanı sıxışdıraraq ildə 60 milyard kubmetr qazın Avropaya nəqlini təmin edəcək. İngilis qəzetinə məlumat verən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Andris Piebalqs da son Praqa zirvə toplantısında problemlərin çözüldüyünü, Türkiyənin nəql olunacaq qazın 15 faizinin aşağı qiymətlərlə ona satılması tələbindən vaz keçdiyini açıqlayıb: "Amma maliyyə məsələlərilə bağlı hələlik tam razılığa gələ bilmədiyimiz bir məsələ üzərində müzakirələr aparırıq. Bu müzakirələri yekunlaşdırmağa yaxınıq". Xatırladaq ki, Praqada "Cənub dəhlizi-Yeni İpəkyolu" sammiti çərçivəsində Bəyannamə qəbul olunub. Bəyannamədə tərəflər "Cənub dəhlizinə iştirakçı ölkələrin ümumi çiçəklənməsinə, stabilliyinə və təhlükəsizliyinə gətirib çıxaracaq mühüm təşəbbüs kimi siyasi dəstək verilməsini" vacib sayıblar. Həmin sənəddə qeyd olunur ki, "Cənubi Qafqaz ölkələrini birləşdirəcək infrastruktur layihələri digər sahələrdə əməkdaşlıq üçün katalizator rolunu oynayacaq". Sənədi imzalayan ölkələr bəyanlayıblar ki, enerji mənbələrinin, bazarlar və nəqliyyat marşrutlarının müxtəlifləşdirilməsi məqsədilə "Cənub dəhlizi"nin, o cümlədən "Trans-Xəzər" enerji nəqliyyat layihələrinin tikintisinə imkanları daxilində texniki və maliyyə dəstəyi verməyə hazırdırlar: "Biz bütün tərəflərin, o cümlədən istehlakçı və Türkiyə, Gürcüstan, Azərbaycan kimi tranzit ölkələrin enerji təhlükəsizliyinə beynəlxalq öhdəliklərə əsaslanan kommersiya razılaşmaları əsasında dəstək verməyə hazırıq". Praqa zirvəsinin ev sahibliyini edən Çex respublikasının yüksək vəzifəli bir nümayəndəsi rəsmi Ankara ilə danışıqları "İstanbuldakı bazarların birindəki alış-veriş söhbətlərinə" bənzədib. "THe Guardian" vurğulayıb ki, Türkiyənin Praqa zirvə toplantısında imzaladığı sənəd Avropa Birliyinin rus qazından asılılığının azaldılmasında mühüm rol oynayacaq: "Yüksək vəzifəli Avropa Birliyi yetkililərinə görə, müzakirələrin bir illik dalana dirənməsindən sonra AB və Türkiyə Xəzər hövzəsində potensial bir enerji bolluğunun açarını çözən, "Nabucco"ya cığır açan bir qaz boru xətti anlaşması əldə etdi". Qəzet bildirir ki, boru kəməriylə bağlı məsələdə Ankara sərt bazarlıq yapıb, qazdan vergi almaqda, qazın 15 faizini ona verilməsində israr edib: "Avropa Birliyi və boru kəmərini çəkəcək 6 şirkətdən ibarət konsorsium isə bu tələbin "Nabucco"nu maliyyə baxımından reallaşmasının qarşısını alacağını vurğulayıb". Qəzet Avropa Birliyi Komissiyasının enerji məsələləri üzrə komissarı Andris Piebalqsın "15 faiz tələbindən vaz keçildi" sözlərini yarımbaşlıq kimi verib. Qəzet Avropa Birliyinin adını çəkmədiyi yüksək vəzifəli rəsmi şəxsinin sözlərini də verib: "Türklər bizim istədiyimizi qəbul etdi, hər hansı bir şərt yoxdur". Avropa Birliyinin genişlənmə üzrə nümayəndəsi Olli Rehnin sözçüsü Kristina Nagi isə Türkiyənin AB-yə üzvlüyü məsələsində enerji fəslinin müzakirəsi üçün heç bir əngəl yaratmadıqlarını açıqlayıb. İngilis qəzeti yazır: "Türkiyə prezidenti "Nabucco" anlaşmasıyla Avropa Birliyinə üzvlük məsəələsində Ankaranın Brüssellə davam etdirdiyi müzakirələr arasında dolayı bir əlaqə qurdu. Amma Kiprin yunan hökuməti isə Türkiyə-Avropa Birliyi müzakirələrini əngəlləməyə davam edir. Avropa Birliyinin bəzi böyük ölkələri səssizcə Türkiyənin hədəfinin donmuş olmasını görməkdən çox məmnundur". Qəzet Türkiyənin şərq sərhədindən Avstriyaya qədər uzanacaq, ilkin dəyəri 9 milyard avroluq "Nabucco" layihəsinin Rusiya şirkəti "Qazprom"un nəzarətindən kənar qazın Avropaya çatdırılmasında mühüm rol oynayacağını açıqlayıb: "Ancaq bu plan indiyədək Türkiyənin tələbləri ucbatından tranzit anlaşmasının əldə olunmaması ucbatından dalana dirənmişdi". Qəzet anlaşmanın mətni üzərində işin hələ yekunlaşmadığını vurğulayan AB təmsilçisinin ehtiyatlı fikirlərinə yer ayırıb. Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso isə prezident Abdulla Gülün ona anlaşmanın bir neçə həftə imzalanacağı haqqında zəmanət verdiyini söyləyib. İngilis qəzeti rəsmi Ankaranın "Nabucco" anlaşmasının enerji fəslinin müzakirəyə açılıb-açılmamasına bağlaması haqqında müzakirələrə son qoyub: "Ankara şərt irəli sürmür". Avropa Birliyi Komissiyasının rəhbəri Joze Manuel Barroso və digərləri Ankaranın "Nabucco" layihəsində şərtlər irəli sürmədiyini bildirirlər. "Nabucco" layihəsinin dəyərinin önəmli ölçüdə artdığını, Türkiyə ilə yaxınlarda imzalanması nəzərdə tutulan anlaşmanın layihəti həyata keçirəcəyini vurğulayan "THe Guardian" boru kəmərini tikəcək şirkətlər arasında türk "Botaş"şirkətinin də yer aldığını yazıb. Amma problemlər bununla bitmir. Çünki "Nabucco"dan axacaq Azərbaycan qazı xətti dolduracaq həcmdə deyil. Digər tərəfdən, Türkmənistanın qazı isə uzun vədəli müqavilə əsasında Rusiyaya satılır. Üstəlik, rəsmi Aşqabadın hələ də Rusiyanın təzyiqlərindən ehtiyatlandığı aydın şəkildə nəzərə çarpır. "Nabucco" konsorsiumunun ortaqlarından olan Almaniy şirkəti Türkmənistanla yeni təbii qaz yataqlarını inkişaf etdirmək üçün saziş imzalasa da, indən sonra həyata keçiriləcək çox işlər və aşılmasını gözləyəcək çox əngəllər var. Məsələn, "Tans-Xəzər" boru kəmərinin çəkilməsi ən ciddi problemdir. Bu layihənin önündəki ən mühüm əngəllərdən biri də inşaatın maliyyələşdirilməsi formasi və üsullarıyla bağlıdır. Bayram

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar