SON XƏBƏRLƏR

Azərbaycan aşıqları YUNESKO-nun festivalında çıxış edəcəklər

2021.10.20, 07:36
Azərbaycan aşıqları YUNESKO-nun festivalında çıxış edəcəklər

Gunaz.tv
Azərbaycan aşıqları YUNESKO-da keçiriləcək “Mədəniyyət müxtəlifliyi-2009” beynəlxalq festivalda iştirak edəcəklər. Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyindən verilən məlumata görə, YUNESKO, Luvr muzeyi, Paris bələdiyyə idarəsi və “La Villette” parkı “Dialoq və inkişaf üçün mədəniyyət müxtəlifliyi” Beynəlxlaq Günü çərçivəsində “Mədəniyyət müxtəlifliyi-2009” adlı Beynəlxalq festival keçirirlər. Festival mayın 11-də başlayıb və mayın 22-dək davam edəcək. Festivalın məqsədi dünya mədəniyyətlərinin müxtəlifliyi ilə tanışlıq və xalqlararası dialoqun inkişaf etdirilməsidir. Festival günlərində müxtəlif sərgilər, konsertlər, sənətkarlıq məsələlərinə həsr olunmuş dəyirmi masa, konfrans və tamaşalar təşkil olunacaq. YUNESKO-nun əsas binasında keçiriləcək “Müxtəliflik bayramı” adlı konsert-tamaşada Azərbaycan aşıqları mayın 19-da da çıxış edəcəklər. Xatırladaq ki, bu il YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün təqdim edilmiş “Aşıq sənəti”nin təqdimatı məqsədilə azərbaycanlı aşıqlardan Samirə Əliyeva, Rəşad Əliyev, Şirzad Fətəliyev, Ramin Qarayev, Nemət Qasımov və Altay Məmmədovun çıxışları tədbir proqramına salınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar