SON XƏBƏRLƏR

Ərdoğan Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

2021.10.20, 07:36
Ərdoğan Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Gunaz.tv
Ərdoğan Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib Türkiyənin baş naziri Şəhidlər məscidində aparılan təmir işləri ilə də maraqlanıb Bakıda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan artıq rəsmi görüşlərə başlayıb. ANS-in müxbirinin məlumatına görə, bu gün səhər saatlarında o, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra isə, Şəhidlər Xiyabanının yanında yerləşən Şəhidlər məscidinə baş çəkib və burada aparılan təmir-bərpa işləri ilə maraqlanıb. Bir qədər sonra isə, Türkiyə hökumətinin başçısı prezident İlham Əliyevlə əvvəlcə təkbətək, sonra isə geniştərkibli görüş keçirməlidir. Daha sonra isə, tərəflər mətbuat konfransı təşkil edəcəklər. Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə deputatlar qarşısında çıxışı da nəzərdə tutulub. Bu axşam isə, Türkiyənin baş naziri Azərbaycanı tərk edərək Polşaya yola düşəcək. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı Bakı səfərində həyat yoldaşı Əminə Ərdoğan, dövlət naziri Zəfər Çağlayan, xarici işlər naziri Əhməd Davudoğlu, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, enerji və təbii ehtiyatlar naziri Tanər Yıldız, nəqliyyat naziri Binəli Yıldırım müşayiət edir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar