SON XƏBƏRLƏR

İran rəsmilərinin ehtiyatsızlığı nəticəsində Urmu gölünün su hövzəsində torpaq eroziyası

2025.09.26, 12:39
İran rəsmilərinin ehtiyatsızlığı nəticəsində Urmu gölünün su hövzəsində torpaq eroziyası

Urmu gölü su hövzəsinin 70 faizi torpaq eroziyası riski altındadır.

Gunaz.tv

Bunu İranın Təbii Sərvətlər Təşkilatının Su Hövzələrinin İdarə Edilməsi və Torpaq Mühafizəsi İdarəsinin baş direktoru çərşənbə günü “Urmu gölü layihələrinin çətinlikləri və həlli yollarının tədqiqi” mövzusunda keçirilən konfransda deyib.

Məsələ ilə bağlı ölkənin Təbii Sərvətlər Təşkilatının Səhra İdarəsinin baş direktoru Qulamrza Haderbadi də xəbərdarlıq edib.

"Urmu gölünün quruması əyalət və ya regional yox səviyyəli yox, milli məsələdir. Bu gölün quruması ilə İranın ərzaq təhlükəsizliyinə təsir göstərəcək riskə girəcək." - deyə o bildirib.

Ekspertlər hesab edir ki, hökumətin Urmu gölünün qurudulması yolunda atdığı addımlar arasında prinsipsiz bənd tikintisi, kənd təsərrüfatına əsaslanan qeyri-taraz inkişaf, regionun imkanlarına uyğun gəlməyən su tutumlu əkinçiliyin təşviqi, yol tikintisi bəhanəsi ilə göl yatağındakı bulaqların məhv edilməsi kimi faktorlar olub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar