SON XƏBƏRLƏR

ƏRDOĞAN GÖRÜŞDƏN SONRA AÇIQLAMA VERDİ: “DÜŞÜNCƏLƏRİ BÖLÜŞMƏNİN XOŞBƏXTLİYİ İÇƏRİSİNDƏYƏM”

2021.10.20, 07:36
ƏRDOĞAN GÖRÜŞDƏN SONRA AÇIQLAMA VERDİ: “DÜŞÜNCƏLƏRİ BÖLÜŞMƏNİN XOŞBƏXTLİYİ İÇƏRİSİNDƏYƏM”

Gunaz.tv
ƏRDOĞAN GÖRÜŞDƏN SONRA AÇIQLAMA VERDİ: “DÜŞÜNCƏLƏRİ BÖLÜŞMƏNİN XOŞBƏXTLİYİ İÇƏRİSİNDƏYƏM” Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü başa çatıb. “Media forum” xəbər verir ki, Zuğulbadakı iqamətgahda Əliyevlə Ərdoğanın təkbətək görüşü olub. Daha sonra heyətlərarası görüş başlayıb. Görüşlər başa çatdıqdan sonra Türkiyənin baş naziri və Azərbaycan prezidenti birgə açıqlama veriblər. “Media forum” xəbər verir ki, Ərdoğan görüşdə regional problemləri dəyərləndirdiklərini, enerji məsələlərini müzakirə etdiklərini söyləyib. Türkiyənin baş naziri Türkiyə-Azərbaycan münasibətlərini də müzakirə etdiklərini deyib: “Türkiyə və Azərbaycan arasında bir millət-iki dövlət anlayışının gələcəyə daşınmasına yönəlik müzakirələr apardıq. Aramızdakı birlik və bərabərliyimizi, həmrəyliyimizi sağdan-soldan gələcək, bizə aid olmayan düşüncələr poza bilməz. Bu fitnə-fəsad ocaqlarının münasibətlərimizi pozmasına imkan verməməliyik, verə bilmərik. Bu gün bu düşüncələri bölüşmənin xoşbəxtliyi içərisindəyəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar