SON XƏBƏRLƏR

“Eurovision-2009”: Türkiyə finalda!

2021.10.20, 07:36
“Eurovision-2009”: Türkiyə finalda!

Gunaz.tv
Birinci yarımfinalın qalibləri müəyyənləşdi Bu gün Moskvada "Eurovision-2009" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub. Lent.az-ın məlumatına görə, müsabiqənin ilk iştirakçı ölkəsi Çernoqoriya olub. Sonra Çexiya, Belçika, Belarus, İsveç, Ermənistan, Andorra, İsveçrə, Türkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta təmsilçiləri çıxış edib. Sonuncu – 18-ci ölkə Bosniya və Hersoqovina olub. Ermənistan ifaçılarının çıxışı Orta Asiya xalqlarının etnik musiqisinin çalarlarını əks etdirən ifa olub. Al-qırmızı geyimli Türkiyə təmsilçisinin ifası, İsrailli ifaçının ərəb müğənnisi ilə siyasi motivli mahnı dueti, Bolqarıstanlı qrup ifaçılarının, Makedoniya, Rumıniya, Finlandiya, Malta və Bolqarıstan təmsilçilərinin çıxışları uğurlu olub. Birinci yarımfinalın qalibləri müəyyənləşib: 1.Türkiyə 2.İsveç 3.İsrail 4.Portuqaliya 5.Malta 6.Finlanidiya 7.Bosniya-Hersoqovina 8.Rumıniya 9.Ermənistan 10.İslandiya Lalə Yusifqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar