SON XƏBƏRLƏR

METYU BRAYZANIN DİLİ YENƏ “TOPUQ ÇALDI”

2021.10.20, 07:36
METYU BRAYZANIN DİLİ YENƏ “TOPUQ ÇALDI”

Gunaz.tv
METYU BRAYZANIN DİLİ YENƏ “TOPUQ ÇALDI” Amerikalı həmsədr növbəti dəfə dediyi fikirləri təkzib edərək özünü qeyri-ciddi duruma salıb Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların bu mərhələsində də özünü qeyri-ciddi duruma salıb. Amerikalı diplomat, Birləşmiş Ştatlar administrasiyasının Qafqaz siyasətini kurasiya edən və regiondakı ən mürəkkəb münaqişənin nizamlanması prosesində vasitəçilik edən bu gülərüz adam növbəti dəfə mətbuata müsahibəsi zamanı işlətdiyi fikirlərdən imtina edib. Budəfəki qalmaqal Brayzanın “Exo Moskvı” radiostansiyasının redaktoru Aleksey Venediktovla Praqadakı söhbəti ətrafında yaranıb. Radiostansiyasının internet saytında və ora istinadən digər KİV-lərdə bir gün əvvəl yayılan açıqlamada Brayzanın adından deyilirdi ki, amerikalı diplomat sonda Qarabağın və ətraf rayonların hissə-hissə Azərbaycana qaytarılacağını deyib. Müsahibənin mətn variantında Brayzanın adından belə deyilirdi: “Bəli, Qarabağa və digər ərazilərə gəldikdə addımbaaddım onları Azərbaycana qaytaracaqlar, qaçqınların qaytarılması ilə paralel olaraq. Lakin Qarabağın özündə situasiyanın necə olacağını müəyyən etmək çox çətindir”. Brayzanın Qarabağın Azərbaycana qaytarılacağı haqda dedikləri dərhal Ermənistanda narahatlıq yaradıb və erməni KİV-ləri izahat üçün müsahibəni götürən “Exo Moskvı” radiostansiyasının redaksiyasına müraciət ediblər. Əvvəlcə redaksiyadan bildiriblər ki, Brayzanın adından fikirlər olduğu kimi verilib. Ancaq az sonra “Exo Moskvı” Brayzanın açıqlamasına düzəliş verərək onu bu formada saytında yerləşdirib: “Qarabağa gəldikdə, bəli. Digər ərazilər Azərbaycana addımbaaddım qaytarılacaq, bəli, qaçqınların geri qayıtması ilə paralel olaraq”. Daha sonra Brayza özü “Kapital” qəzetinə müsahibə verərək müsahibəsinə aydınlıq gətirməyə çalışıb. “Mənim müsahibəmin audioyazısından görünür ki, Qarabağın və ətraf ərazilərin Azərbaycana qaytarılacağını deməmişəm. Mənim Minsk Qrupunun digər həmsədrləri ilə razılaşdırılmış ifadələrim aşağıdakı kimidir: “Ərazilər” Azərbaycana qaytarılmalıdır, Dağlıq Qarabağ üçün isə yeni şərait yaranmalıdır və bu, danışıqlar predmetidir”. Diplomat deyib ki, müsahibəni mətnə köçürərkən “Exo Moskvı” orfoqrafik səhvə yol verib və bu barədə artıq o, radionun baş redaktoru ilə danışıb: “O dərhal razılaşdı ki, həmin frazanı mən işlətməmişəm. Əksinə, mən demişəm ki, Dağlıq Qarabağ yeni şərait əldə edəcək. Baş redaktor da mənim fikirlərimə düzəliş verildiyini bildirdi. Onu da deməliyəm ki, Rusiyanın “İnterfaks” agentliyi mənim müsahibəmi düzgün verib, erməni “İnterfaks”ı isə təhrif edib”. Geniş və maraqlı yazını bütöv şəkildə “Yeni Müsavat”ın sabahkı sayında oxuya bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar