SON XƏBƏRLƏR

Tahir Nəqəvinin vəkillik lisenziyası əlindən alınıb

2025.09.29, 14:21
Tahir Nəqəvinin vəkillik lisenziyası əlindən alınıb

Hüquqşünaslar, Ekspertlər və Ailə Müşavirləri Məhkəmə Mərkəzinin 6 saylı şöbəsi Məhkəmə Hüquqşünaslar Mərkəzinin rəhbərinin şikayəti əsasında Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvinin vəkillik lisenziyası əlindən alıb.

Gunaz.tv

Məhkəmə, Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən cənab Nəqəvinin milli təhlükəsizliyə qarşı toplaşmaq və sövdələşmə və sistem əleyhinə təbliğat aparmaq ittihamı ilə ümumilikdə 6 il həbs cəzasına məhkum edilməsini nəzərə alaraq, Azərbaycan vəkilinin vəkillik fəaliyyətini davam etdirməsini məqsədəuyğun hesab etməyib.

Qeyd edək ki, Tahir Nəqəvi 2024-ci il fevralın 6-dan Evin zindanındadır və onurğa sütununun 7, 9, 10 və 11-ci fəqərələrinin sınığı və zədələnməsi problemindən əziyyət çəkir.

Xatırladaq ki, daha əvvəl Evin zindanında həbsdə olan iki vəkil Məhəmməd Rza Fəqihi və Məhəmməd Nəcəfi Vəkillər Kollegiyasına və Məhkəmənin Hüquqşünaslar və Müşavirlər Mərkəzinə ünvanlanmış məktubda həmkarları Tahir Nəqəvinin ağır fiziki vəziyyəti ilə bağlı xəbərdarlıq etmiş və onun dərhal ixtisaslaşmış tibb mərkəzlərinə köçürülməsini tələb etmişdilər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar