SON XƏBƏRLƏR

PAKİSTAN “əL-QAİDƏ” İN ƏLİNƏ KECƏ BİLƏR

2021.10.20, 07:36
PAKİSTAN “əL-QAİDƏ” İN ƏLİNƏ KECƏ BİLƏR

Gunaz.tv
PAKİSTAN “əL-QAİDƏ” İN ƏLİNƏ KECƏ BİLƏR Ölkənin silahlı qüvvələri paytaxt İslamabadın 50-60 kilometrliyində “Taliban” və “əl-Qaidə” dəstələri ilə ağır döyüşlər aparır Pakistan silahlı qüvvələri paytaxt İslamabadı ələ keçirmək üçün hücuma keçən “Taliban” və “əl-Qaidə” qüvvələri ilə ağır döyüşlər aparır. Xarici xəbər agentliklərinin məlumatlarına görə, radikal dinçi qruplaşmaların dəstələri İslamabadın 50-60 kilometrliyinədək irəliləyiblər. Onlara qarşı Pakistan ordusunun 15 minlik bölmələri döyüşür, yaraqlıların sayı isə 5 minə yaxındır. Döyüşlər Svat vadisi boyunca gedir və hər iki tərəf ağır sulahlar tətbiq edir. Pakistan tərəfdən döyüşlərə Amerikanın verdiyi “Apaçi” vertolyotları, qırıcı təyyarələr, artelleriya sistemləri və tanklar qatılıb. Döyüş əməlityyatları ABŞ-ın təzyiqi ilə bir neçə gün əvvəl başlayıb. Amerika ordu komandanlığı xəbərdar edib ki, əgər iki həftə ərzində “Taliban” və “əl-Qaidə” qüvvələrinə sarsıdıcı zərbə vurulmasa, onlar paytaxtı tutacaq və hakimiyyəti devirəcəklər. Nüvə silahına malik Pakistanda hakimiyyətin terrorçuların əlinə keçməsi təhlükəsi digər Qərb dövlətlərini də ciddi narahat edir. Bildirilir ki, döyüş əməliyyatları gedən zonadan 200 minə yaxın dinc sakin qaçqın düşüb. Daha 300 min adam isə evlərini tərk etmək üzrədir. Bölgədəki BMT nümayəndələri humanitar fəlakət haqda xəbərdarlıq edir. Pakistan rəsmiləri bildiriblər ki, ordu əks-hücuma keçərək “Taliban” qüvvələrinin nəzarəti altında olan Svat vadisində əsas yaşayış məntəqəsi olan Minqoru tutmaq istəyir. Pakistan ordu komandanlığı hərbi əməliyyatlar nəticəsində yüzlərlə yaraqlının öldürüldüyünü açıqlayıb. Baş nazir Yusif Gilani bildirib ki, bu müharibə Pakistan üçün ölüm-dirim savaşdır: “Biz qalib gələ bilməsək, Pakistan dövləti məhv olacaq”, - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar