SON XƏBƏRLƏR

İSRAİL PREZİDENTİNİN AZƏRBAYCANA GƏLƏCƏYİ BİLDİRİLİR

2021.10.20, 07:36
İSRAİL PREZİDENTİNİN AZƏRBAYCANA GƏLƏCƏYİ BİLDİRİLİR

Gunaz.tv
İSRAİL PREZİDENTİNİN AZƏRBAYCANA GƏLƏCƏYİ BİLDİRİLİR Şimon Peres “Azərbaycan İsrail prezidenti Şimon Peresi ən yüksək səviyyədə və hörmətlə qəbul etməyə hazırdır. Prezident İlham Əliyevlə İsrailin xarici işlər naziri Aviqdor Liberman arasında mayın 6-da Praqada keçirilən görüşdə bu barədə razılıq əldə olunub”. “Turan”ın məlumatına görə, bu xəbəri IzRus portalı yayıb. Peresin Bakıya səfəri təxminən iyunun sonu, iyulun əvvəllərində MDB-nin müsəlman ölkələrinə turnesi çərçivəsində baş tutacaq. Dəqiq tarix müvafiq idarələrin əməkdaşları səviyyəsində razılaşdırılacaq. İkitərəfli münasibətlər tarixində indiyədək İsraildən Azərbaycana ən yüksək dövlət adamının səfəri 1999-cu ildə olub. O zaman baş nazir Benyamin Natanyahu Azərbaycana işgüzar səfər edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar