SON XƏBƏRLƏR

ETTELAATIN ZİNDANINA SALINMIŞ TƏBRİZLİ YAZIÇIDAN HƏM XƏBƏR VAR, HƏM DƏ YOXDUR

2021.10.20, 07:36
ETTELAATIN ZİNDANINA SALINMIŞ TƏBRİZLİ YAZIÇIDAN HƏM XƏBƏR VAR, HƏM DƏ YOXDUR

Gunaz.tv
Azərbaycan dili və ədəbiyyatı uğrunda apardığı dinc mübarizəyə görə 37 gün əvvəl ETTELAAT-ın Təbriz idarəsinin həbsxanasına salınan yazıçı Nağı Əhmədi Azəridən xəbər yoxdur. Nağı Əhmədi “Media forum” saytının məlumatına görə, həbsindən sonra ailəsi onunla yalnız bir dəfə görüşə bilib. Yazıçının ailə üzvləri onun Azərbaycan dilində çıxardığı kitablara və Azərbaycan Respublikasının ədəbi qurumları ilə əlaqə saxladığına görə həbs edildiyini desə də, fəala qarşı konkret hər hansı rəsmi bir ittihamın irəli sürülmədiyini vurğulayıblar. Təbrizli ədibin zindanda ağır təzyiqlərə məruz qaldığı və kəskin çəki itirdiyi bildirilir. İran Yazıçılar birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Nağı Əhmədi Azər Azərbaycan dili və ədəbiyyatına dair bir neçə əsərin müəllifi və tərcüməçisidir. Onun təşəbbüsü ilə “Türk dili və Azərbaycan ədəbiyyatı”, “Məşrutə olayları”, “Sultan Məhəmməd və Təbriz miniatür məktəbi”, “Hamısı qocalıqdandır”, “Saxlama izimi, dünya”, “Aşıq Şəmşirin divanı” və “Əlağa Vahid divanı” əsərləri işıq üzü görüb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar